İdarəetmə növlərinə ümumi bir baxış və klassik yanaşmadan əvvəl bu elmdə əməyi olanlar.
İdarəetmə yanaşmasına ümumi bir baxış və idarəetmə teoremlərinin təkamülü
Administrativ və idarəetmənin tədbiqləri ilk yazı tarixə qədər getməkdədir.
Qədim Misir və Babil dövrlərindən günümüzə gəlib çatmış idarəetməylə bağlı abidələr mövcududr. Misal olaraq Misir dövründə sulama sistemləri və pramidalar böyük təçkilatçılıq və möhtəşəm idarəetmə bacarıqları sayəsində meydana gəlin. Babil dövlətinin idarə edilməsi üçün Hammurapi Qanunlarını misal çəkmək olar. Rahiblər idarəetmənin əsaslarını və qanunlarını lövhələr üzərində yazmışdılar. Texnologiyanın olmadığı dövlət və imperiyalar özlərinə məxsus öz dövrlərində bütün orqanlar və əyalətlər arasındakı əlaqəni və nizam intizamı qorumaq üçün güclü idarəetmə formaları yaratmışdılar.
İdarəetmə F.Taylorun 1911 -ci ildə Elmi İdarəetmə adlı kitabı yazdıqdan sonra ciddi olaraq sosyal elm kimi formalaşmışdır.
Taylorun kitabı H.Fayol və M.Weber - in yazılarınından bəhrələnmişdir. Bu əsərlər klassik idarəetmə yanaşmasının əsasını formalaşdırıb.
Səmərəlilik və mühüt təsirlərinə qapalı bir istehsal sistemi içində qayda və əsaslara görə təsirli bir istehsal fəaliyyəti reallaşmaqdadır.
E.Mayo, A.Maslow, F.Herzberg, F.Roetlisberger, D. McGregor adlı mütəfəkkirlər, emprik araşdırmaları və hadisələrə əsaslandırdıqları işləri ilə idarəetmənin mühit şərtlərindən təsirlənməyən qapalı təşkilati sistemlər içində ancaq insancıl çalışma şərtləri və insana dəyər verən insani münasibətlər yanaşması ilə müvəffəqiyyətli olacağını inanmışlardır.
C.I. Barnard- ın və H.Simon- un yanaşmaların dəstəyi ilə təşkilati mühitlərdən təsirlənən açıq sistemlər olduğunu və dolayısıyla səmərəliliyin mühit təsirləriylə məqsədlərin maksimallığı şəklində deyil ancaq optimallaşdırılmış formasında reallaşdırıla biləcəyi müdafiə edilmişdir.
Sosyal yanaşma içində daxil edilməsi gərəkən idarəetmə, mükəmməllik yanaşması, təşkilati dəyər və mədəniyyəti formalaşdırma, ümumi keyfiyyət idarəetməsini öyrənən təşkilatlar və məlumat idarəetməsi kimi alt istiqamətlər ortaya çıxıb.
İdarəetmə rasyonal, soslyal yanaşma və qapalı, açıq sistem olaraq bölünsə belə onların tərkib hissələri digər bölmələrin də tərkib hissəsinə aiddir.
1)
- Təsirli və məhsuldar istehsal üçün təşkilatçılıq;
- Kayda və qanunlu idarəetmə
- əmr verici idarəetmə
2)
- İnsani münasibətlər
- Fərdi və qrup motivasiyası və Əhval ruhiyyəsi
3)
- Təşkilati quruluş və daxili çalışma sistemlərini xarici mühit çərtlərinə görə nizamlama
- Açıq sistem olaraq təşkilatçılıq
- Stuasiyalı yanaşma
4)
- İştirakçı idarəetmə
- Təşkilati dəyər və mədəniyyəti formalaşdırma
- Mükəmməli araşdırmaq
- Öyrənən təşkilatlar
- Ümumi keyfiyyətin idarəedilməsi
- Məlumatın idarəedilməsi
3 və 1 rasyonal yanaşmaya aiddir.
1 və 2 Qapalı sistemdir.
2 və 4 Sosyal ynaşmaya aiddir.
4 və 3 Açıq sistemdir.