2 Mayıs 2017 Salı

Elm və təhsil yönümlü proqramlar







Elm və təhsil yönümlü proqramlar



Proqram bazarı yüksək ehtiyyacdan doğan tələbatları qarşılamaq üçün gün keçdikcə yenilənir və ya yeni rəqibləri ilə yarışmaq məcburiyyətində qalır. İnsanlar tərəfindən komputerdə üzərində işlənilməklə real həyata və ya özlərinin dünyası olan virtual dünyaya xidmət etməklə insanlara xidmət edir. Təsəvvür edin ki siz turistsiz və sağlamlıq probleminizə görə müalicə məqsədiyylə gəlmisiz. Siz adi normal insanların qaldığı oteldə də qalma imkanınız olsa belə sizin ehtiyacınızı yalnız sanatoriya qarşıladığı üçün sanatoriyaya gedəcəksiz. Gördünüz kimi proqramlar da belə turizm xidməti görsədən məkanlar kimi və məknlara tədbiq olan paketlər kimi eyni kateqoriyada olsalar belə bir birindən fərqlidir. Elm və təhsil ölkənin və ya geniş anlamda insanlığın gələcəyinin qarntisi olduğu üçün onların da digər sahələr kimi ehtiyacları var. Məhs burada dar ixtisaslı və dar olduğu qədər də geniş imkanlara malik olan elm yönümlü proqramların tədbiqi və satışları həyata keçirilir.




Məqalə bir sıra məhşur elm və təhsil yönümlü (və ya ixtisas yönümlü) proqramlar haqqında olacaq.



1) PTC Mathcad Prime  



Yazı və riyazi əməllərin bir arada olduğu, standart mətn formatını dəstəkləməklə yanaşı proqramlaşdırma dilinə gərək yoxdur. 3D Plot grafiklərinə baxma imkanı ilə göz oxşayan qrafiklərdəki xətaları mühəndislik sahəsi üzrə qrafiklərdən anlamasaz belə onlara nəzər yetirərək baş verənləri incələyə bilərsiz. Proqramlaşdırma yerinə riyazi işarələr sistemindən istifadə olunur. Mühəndislik hesablamaları və dizaynnın optimallaşdırılması və hesablamaların mətn təqdimatı kimi imkanları var. CAD və MS Excel ilə inteqrasıyaya malikdir. Yazı, cədvəl və qrafik şəkildə işləmək olur. Geniş funsiya kitabxanası ilə yanaşı öz funksiyalarınızı yaratma imkanı və intekraisiya etmə imkanına malikdir. Böyük və qarmaşıq problemləri tez aradan qaldırdığı üçün sizləri artıq vaxt itkisindən və risklərdən kənarlaşdırır.



2) Wolfram Mathematica



Proqram vasitəsiylə bir çox riyazi əməliyyatları özündə cəmləşdirəm riyaziyyat sahəsindəki hesablamalarınızı reallaşdıra bilərsiz. Wolfram Language adlı sadə əmr komandara malikdir. Mürəkkəb əməliyyatları rahatlıqla yerinə yetirir. Həmçinin burada layihələr üzərində də işlayə bilərsiz. Üzərində işləniləm prosesləri .nb tipli fayl şəklində saxlaya bilərsiz.




3)  Proteus Design Suite 


Elektronika səhəsində oxuyan və ya  o sahədə işləyən insan üçün nəzərdə tutulub. Sxemlər üzərində işləmək üçün İsis və Ares cizgilərindən istifadə edə bilərsiz. İsis cizgilərinin analizi və İsis cizgilərini Ares -ə  köçürmək imkanı verir. Proqramın köhnə adı Proteus Professional idi. 





 4) Geographic Calculator






Coğrafiya elmi üçün nəzərdə tutulan proqramlardan biridir. Nöqtə kordinatları, verilənlər bazası, fərdi yanaşma və xəritə proyeksiyaları tipli malikdir. Məsafə və Azimut kordinatlarını hesablama və bunlarla bağlı digər hesablamaları həyata keçirir. Coğrafi hesablamaları profesional şəkildə sənədləşdirir və həmin sənədləri tanıyır.





Qeyd: Məqalə sırf informsasiya xarakterli olub adı çəkilən şirkətlərnlə heç bir maddi sövdələşmə olmamışdır. Əgər sizin komputerdən başı çıxmayıb proqramları komputerə yazan zaman problem yaşanarsa bu sizin məsuliyyətiniz altındadır. Mütləq şəkildə komputerinizi bu sahədən başı çıxan adamların və ya komputer mütəxəsislərinin yanına aparmaqla komputerinizi və cibinizi ziyandan xilas etmə şansı yüksək olar. Məqalə xoşunuza gəldiyi təqdirdə və başqalarını da bu haqda məlumatlandırmaq istəyirsinizsə bəyənməklə yanaşı müxtəlif sosial şəbəkə ünvanlarınızdan paylaşa bilərsiz.