4 Haziran 2017 Pazar

Video redaktorların Yaranma və İnkişaf tarixi



Video redaktorların Yaranma və İnkişaf tarixi




Video redaktorlar deyərkən adından göründüyü kimi video üzərində dəyişikliklər və ya iş icra edən proqramlar nəzərdə tutulur. Təqdim edilən imkanlar çərçivəsində sadəliyindən mürəkkəbliyinə doğru bölünərək proqram bazarındakı müştərilərin ehtiyaclarını qarşılayırlar. Bu sahədə də rəqabət yüksək olduğundan proqram üzərində də daim təkminləşmə işləri surətlə gedir. Çünki şirkətlər arasında rəqabətin artması və yeni güclü rəqiblərin meydana gəlməsi bazar paylarının itirilməsi ilə nəticələnə bilər. Video redaktorların tam imkanları ilə rahat işləməsi üçün (xüsusilə profesional video redaktorlar üçün) Proçessorun və RAM -ın gücü ilə yanaşı burada digər proqramlardan fərqli olaraq Video kartın gücü böyük rol oynayır. 




Tarixə nəzər salındıqda profesional video redaktorların başlanğıcı Lightworks adlı proqramla ortaya çıxıb. Bu proqramın yaranma tarixi 20 -ildən çox olsa da profesional proqramlar arasınöz mövqeyini qoruyur. The Wolf of Wolf street, L.A Confidential, Pulp Fiction, Heat, Road to Perdition və digər reytinqli filmlərin ərsəyə gəlməsində proqram kimi Lightwork -dan istifadə olunub.





Abobe - After Effects, Adobe - Premiere, Avid - Media Composer, Sony - Movie Studio, Sony/Magix - Vegas, AVS Video Editor, VSDC - Video Editor, Apowersoft - Video Editor, Movavi - Video Suite, Corel - VideoStudio, MAGIX - Video Pro X və digər video redaktorlar günümüzə sadəliyindən və ya mürəkkəbliyindən asılı olmayaraq birdən birə ora ortaya çıxmayıb.







Video redaktorların inkişaf mərhələləri:





1) Linear video editing (Xətti video redaktə) - Bu müxtəlif video lentlər kəsilərək bir lent halına salınır ki, beləliklə ilk video redakdə ortaya çıxır.




2) Non linear editing system (Xətti olmayan video redaktə) - Komputer üzərində olan ilk video redaktədir. Dövrümüzün profesional proqramları kimi olmasalar belə onların ilk başlanğıcını təşkil edir. 



3) Offline editing (Avtonom) - Artıq burada orginal video fayl kopyalanaraq dəyişikli edilib başqa ad ilə yaddaşa verildiyi üçün orginal fayl dəyişməz qalır. Və sonradan həmin video fayl üzərində yenidən işləmək olur. 




4) Online editing (İnteraktiv) - Artıq interaktiv imkanları ilə profesional şəkildə redakdə etmək və görülən işin tam şəkildə görüntüsü əldə etmək olar.




5) Vision mixing - ( Görüntü qarışdırmaq) Bu canlı yayın zamanı və real vaxt ərzində video çəkimlər zamanı görüntüləri əlaqələndirmək üçündür.





6) Home video editing (Ev şəraitində) - Ev şəraitində video redaktələr 2000 -ci ildən buyana surətlə rəqamsallaşan SDTV -lərdəki (Standart Definition Television (AZ: Standart Təiynatlı Televiziya)) Apple -ın IMovies və Microsoft -un Windows Movie Maker -i ilə mümkündür.





Bu arada video redaktor proqramlarının inkişafını surətləndirən amillər içində insanların sosial şəbəkə və video portallarda öz videolarını yerləşirmələrinin sayının artmasıdır ki, bu da Komputerlərdə istifadə olunan proqramlarla yanaşı Mobil video redaktor tədbiqlərinin də (application) getdikcə nəzərə çarpacaq qədər özlərini görsətmələrinə şərait yaradır.




Qeyd: Məqalə sırf informsasiya xarakterli olub adı çəkilən şirkətlərnlə heç bir maddi sövdələşmə olmamışdır. Əgər sizin komputerdən başı çıxmayıb proqramları komputerə yazan zaman problem yaşanarsa bu sizin məsuliyyətiniz altındadır. Mütləq şəkildə komputerinizi bu sahədən başı çıxan adamların və ya komputer mütəxəsislərinin yanına aparmaqla komputerinizi və cibinizi ziyandan xilas etmə şansı yüksək olar. Məqalə xoşunuza gəldiyi təqdirdə və başqalarını da bu haqda məlumatlandırmaq istəyirsinizsə bəyənməklə yanaşı müxtəlif sosial şəbəkə ünvanlarınızdan paylaşa bilərsiz.