20 Haziran 2017 Salı

Ekran görüntüsünü qeydə alan proqramlar


Ekran görüntüsünü qeydə alan proqramlar






Screen capture - ingilis sözü olub ekran (screen) və capture (ələ keçirmək) sözlərinin birləşməsidən əmələ gəlib. Anadolu türkcəsində ekran yakalama, bizim dilə uyğun çevrilərsə ekran görüntüsün qeydə alma kimi söyləmək olar. Screen capture proqramları vasitəsilə İşçi masasındakı icra edilən işləri qeydə almağa kömək etməklə əldə edilən görüntülərlə mürəkkəb prosesslərin ardıcıllığı unudulmaması, hər hansısa problemi görsətmək, öyrətmək və paylaşmaq üçün nəzərdə tutulub.









Screen сapture 2 hissəyə ayrılır:



1) Screenshot



Bu tip proqramlar və ya tədbiqetmələr (smartfonlar) olmamışdan əvvəl də ekran görüntüsünü şəkilli də olsa qeyd etmək günümüzdədə mümkündür. Komputerdə klavyaturadakı Print Screen düyməsini basmaqla ekran görüntüsünün şəkli qeydə alındıqdan sonra onu MS Office Word, Paint tipli proqramlara əlavə etmək günümüzdə də mümkündür. Ağıllı telefonlarda isə telefondan asılı olaraq dəyişərək ya mərkəz düymə ilə işə salma düyməsini ya da mərkəz düymə ilə səs artırma düyməsini basmaqla Screenshot dediyimiz proses baş verərək ekran görüntüsü şəkil olaraq mobil cihazın yaddaşına yüklənir. Sonradan bu proqramlar və tədbiq etmələr sayəsində rahat hala salınmışdır.




2) Screencast








Gün keçdikcə proqram və tədbiqetmə bazarında artan tələbatlar və rəqabətə tab gətirmək üçün proqramlar üzərində təkminləşmə işləri sayəsində artıq istəyə bağlı olaraq səsli və ya səsiz video formatlarında da qeydə almaqla Screencast prosesi icra edilir.










Screen Capture proqramları ilə öz fikirlərinizi daha rahat çatdırmaq üçün proqramın içində qeyd sonrası və hət da qeyd zamanı sadə və öyrədici məqsədli video və şəkil redaktəsi də mümkündür. Bununla yanaşı web cam  - özəlliyinə sahib olmaqla  İşçi Masası- ndakı və ya  mobil cihazların interfeysində icra edilənən işlə icra edənin görüntüsü birlikdə qeydə alınır. Və hət da bəziləri tam ekran açılan və kənar hayişəli olmayan oyunların görüntüsünü qeyd edir. Oyun və ya yüksək keyfiyyətli hərəkətli vizualların qeydə alınması üçün kompüterin parametləri imkan daxilində güclü olmalıdır.



Məqalədə sizlərə kompüterlər üçün bəzi Screen capture proqramların təqdim edilir.





Bu sahədə ən mükəmməl proqramlardan biridir. Screencast zamanı videoları .3gp , .3gp2 , .avi , .flv , .swf , .mkv , .mp4 , .ogv , .mov , .webm , .webm formatlarında istəyə bağlı olaraq həm standart şəkildə həm də yüksək keyfiyyətdə qeyd edir. Videolar çoxu zaman səsli olduğu üçün .aac , .flac , .mp3 , .ogg , .wav , .wma formatlarında səsləri qeyd edir. Screenshot zamanı şəkilli görüntüləri .bmp , .dpx , .jpeg , .pbm , .psx , .pgm , .png , .ppm , .tga , .tiff , .xbm formatlarında qeydə alır. Həmçinin çəkdiyiniz videoların Android, Apple əməliyyat sistemi ilə işləyən mobil cihazlarda və digər cihazlarda rahat görülməsi üçün yaddaşa yüklənir. Proqramı rahat anlamaq üçün sizə istənilən zaman dəyişdirə bilmə imkanı verən bir sıra dillər mövcuddur. Web Cam özəlliyinə sahibdir.






Əsasən oyunların görüntüsünü qeyd etmək üçün istifadə olunur. Rahat interfeys, Yaşıl ekran, web kamera ilə yanaşı digər HDMI çıxışlı olan cihazların görüntülərini dəstəkləməsi, görüntünü qeyd edərkən pəncərə seçmə özəlliyi,  və HD formatları dəstəkləməsi, Sosial şəbəkələrdə və video portallarda canlı yayın imkanı, Tədbiqetmə vasitəsi ilə mobil cihaz ilə qeyd etmə prosesinə məsafədən idarə etmə imkanı 120 fps kimi yüksək səviyyədə qeyd etmə, nə eşidirsənsə və ya öz səsini videoda qeyd etmə özəlliyi ilə istifadəçilərin bu sahə üzrə təlabatlarını ən yüksək səviyyədə qarşılayır.







Sadə və az yer tutan proqramlardan biridir. .mp4 , .webM .avi .mov formatlarında standart və yüksək keyfiyyətli şəkildə ekran görüntülərini əldə eləmək üçündür. Web Cam özəlliyi ilə yanaşı qeyd zamanı cizgi panelinə, yaxınlaşdırma özəlliyinə sahibdir.










Sadə proqramlardan biridir. IBM, Cambridge, Universal, BBC və bəzi digər nəhəng şirkətlər onların bir milyondan çox istifadəçilərindən bir neçsidir. Proqram sadə qeyd etmə və redaktə panelinə malidir. Təhsil və bizneslə bağlı işlərdə istifadə edildiyi üçün böyük sistem tələbatları qoymur. Web cam cihazların dəstəkləyir. flash , .mpeg4 .gif , .exe , .avi , .wmf , .ppt , .mov formatların dəstəkləyir. Öz rəqiblərindən fərqi ondadır ki çəkilən görüntünü öz redaktorunun tanıyacağı formata salmaqla redaktorunun köməkliyi ilə çəkdiyiniz görüntüdə Web kameranın yerini dəyişmək və video üzərində redəkdə imkanı verir.








Qeyd: Məqalə sırf informsasiya xarakterli olub adı çəkilən şirkətlərnlə heç bir maddi sövdələşmə olmamışdır. Əgər sizin komputerdən başı çıxmayıb proqramları komputerə yazan zaman problem yaşanarsa bu sizin məsuliyyətiniz altındadır. Mütləq şəkildə komputerinizi bu sahədən başı çıxan adamların və ya komputer mütəxəsislərinin yanına aparmaqla komputerinizi və cibinizi ziyandan xilas etmə şansı yüksək olar. Məqalə xoşunuza gəldiyi təqdirdə və başqalarını da bu haqda məlumatlandırmaq istəyirsinizsə bəyənməklə yanaşı müxtəlif sosial şəbəkə ünvanlarınızdan paylaşa bilərsiz.