İdarəetmə və Təşkilatçılıq
Ön söz
İdarəetmə yalnız iqtisadi yönümlü birlik və müəssələrə xas bir anlayış deyil.İdarəetmə anlayışı qrup halında problemləri həll etmə, birlikdə bir komanda məqsədləri reallaşdırma və hədəflərə çatma məcburiyyətin olan bütün insan cəmiyyətlərində yaşanan bir faktdır.
Ailədən dövlətə qədər formalaşmış mövcud və ortaq məqsədlərə xidmət etmək üçün yaradılan bütün sosyal qruplarda idarəetmə və təşkilatçılıq vardır və bu qruplarda fəallığın təməli, yaradılacaq olan idarəetmə və təşkilatçılığın keyfiyyətindən aslıdır.
İdarəetmə, insanların firavanlığı üçün və onları hədəflərinə aparan bir qrup fəaliyyətidir. Bir mühüt içində bir qrup insanın bir araya gəlməsi bir məqsəd ətrafında təşkilati olaraq hərəkətə keçmələri ilə yaranar. Mühitə yararlı xidmətlərin göstərilməsi məqsədlərə məhsuldar və fəal bir formada çata bidiyi ölçüdə var olur.
Təşkilat daxili və xarici insanların fayda və marağının azaldığı miqdarda idarəetmənin gücü zəiflər və yox olar. Bu halda idarəetmə sadəcə öz daxilində bir nizam deyil, ümum bağlılıqlar sisteminin bir tərkibi və bu tərkib içində öz üzərinə düşən vəzifələri yerinə yetirə bildiyi miqdarda yaşayan və inkişaf edən bir birlik və əmələgəlmədir.
İdarəedən(idarəçi), bu sistemin işləməsini, bağlılıqlar zəncirinin xüssusiyyətini, fəaliyyətdə müvcud olan şərait şərtləri, bu şərtlərin dəyişmə ölçü və sürətini anlayaraq həll edə biləndir.
Giriş
Əsas anlayışlar
I - İdarəetmə anlayışı
İdarəetmə bir qrup insanı müəyyənlənmiş məqsədlərə doğru istiqamətləndirmə, aralarındakı əmək bölgüsü, əməkdaşlığı və uyğunluğu (kordinasiya) təmin etmə səylərinin cəmidir.
İdarəetmə başqa insanlar vasitəsiylə iş görmə və müəyyənləşən hədəflərə çatma müddətlərindən formalaşır.
İdarəetmə insanları olduğu (mümkün) qədər təsirli və məhsuldar istifadə qeydi ilə istifadəyə hazır olan bütün resursları da məqsədlər uğrunda idarə etmək məcburiyyətindədir.
İnsanlarla çox yaxşı rəfdar edən və onlara verdiyi əmirləri əksik olmadan edə bilən bir idarəçi maddi vasitə və vəsaitlərlə pulu ölçülü, yerində və təsirli istifadə etməyə bilər.
İdarəetmə anlayışının içində başda insanlar olmaq şərtilə istehsal amillərinin məqsədlərə nail olması üçün təsirli və məhsuldar istifadəsi əsas məsələdir.
İdarəetmə müddətinin ortaya çıxması üçün idarəetmə vəzifəsində olan və istehsal etməsi haqqında qərar verən şəxsin əmrində mütləq bir insan olmalıdır.
Başqa heç bir maddi vasitə, vəsait və pullu mənbə olmasa belə, müəyyən bir və ya bir sıra məqsədləri reallaşdırmaq üçün bir insanın fəaliyyətlərindən faydalanan və onu təsiri altına alan şəxs idarəçidir.
Beləliklə maddi vasitə, vəsait və pul mənbələri olmasa belə, müəyyən fəaliyyətləri etmək və məqsədlərə çatmaq üçün insan ünsürünün müəyyənləşdirilməsi yetərli və vacib bir şərtdir.
Sadəcə maddi vasitə və vəsaitlər ilə pulun müəyyən məqsədlər doğrultusunda istifadəsi ilə əlaqəli qərarlar və tətbiqetmələrdə idarəetmə prosesi yoxdur.
İdarəetmə - planlama, təşkilatçılıq, liderlik və nəzarət funksiyaları yardımı ilə əldəki resursları təsirli və verimli bir formada istifadə edərək müəyyənlənmiş məqsədlərinə çatma müddətidir.
İdarəetmə müddətini məqsədlərə çatmaq üçün təsirli və verimli bir mənbə istifadə müddəti olduğu, ən çox bu mənbə istifadəsinin planlama təşkilatçılıq, liderlik və nəzarət funksiyarını yerinə yetirilməsini tələb edir.
II - İdarəetmə müddətinin özəllikləri
İdarəetmə müddətinin özəllikləri aşağıdakılardır :
1) İdarəetmə məqsədləri reallaşdırmağa istiqamətlənib.
2) İdarəetmə insan və maddi resursları sərbəstcə istifadə etmə səlahiyyətini vacib edir.
3) İdarəetmə sosyal və qruplaşma müddətidir.
4) İdarəetmə insan və maddi resurslar arasında optimal uyğunluğu təmin edər.
5) İdarəetmə idarəçi şəxsin bir nüfuz sahibi olması məcburdur.
6) İdarəetmə, idarəçi və idarə edilənlər arasında ahəng , uyğunluq və informasiya mübadiləşməsi məcburdur.
7) İdarəetmə hər insanın bilik, bacarıq və təcrübəsinə əsasən ən yaxşı görüləcəyi işi görməsi və peşəkarlaşması məcburidir.
8) İdarəetmə zamanın qənaətli və diqqətli şəkildə istifadəsi məcburidir.
9) İdarəetmə rasiyonal (səmərəli) bir zamandır.
Daha ətraflı