1 Şubat 2016 Pazartesi

İqtisadi nəzəriyyəyə giriş


İqtisadi nəzəriyyəyə Giriş

Ekonomika sözü yunanca “ailə təsərrüfatını idarə edən” mənasında bir kəlmədən əmələ gəlib. İqtisadiyyat ilə ev təsərrüfatını birləşdirən bir çox xüsusiyyətlər mövcuddur. 
Ailə təsərrüfatı çoxlu seçimlərlə üz-üzə gəlir. Ailə üzvləri onlardan kimin nə ilə məşğul olub əvəzində nə əldə edəcəyinə qərar verirlər. Cəmiyyət də , ailə kimi , çoxlu seçimlərlə üzləşir.Cəmiyyət , görüləcək işləri və onları yerinə yetirəcək insanları müəyyən etməyə məcburdur. Müxtəlif işlərin yerinə yetirilməsi üçün insanlar (eyni zamanda torpaq, binalar, maşın və qurğular) ayrıldığı kimi, bu işlərin nəticəsində əmələ gələn əmtəə və xidmətlər də cəmiyyət üzvləri arasında bölüşdürülməlidir.
Qıtlıq o deməkdir ki, cəmiyyətin sahib olduğu qaynaqlar məhduddur və bunlarla insanların istədikləri qədər əmtəə və xidmətləri istehsal etmək mümkün deyil.
Ekonomiks cəmiyyətin sahib olduğu qıt qaynaqlardan necə istifadə etdiyini öyrənən bir elmdir. Cəmiyyətlərin əksəriyyətində qaynaqlar bir mərkəzi planlaşdırıcı tərəfindən deyil, milyonlarla ailə və müəssisələrin birgə fəaliyyətləri vasitəsilə bölüşdürülür. Buna görə iqtisadçılar insanların necə qərar verdiklərini və insanlar arasındakı qarşılıqlı münasibətləri təhlil edir. 
İqtisadi nəzəriyyə ən qədim elmlərdən biridir . İqtisadi nəzəriyyənin öyrənilməsinin insanların motivləri, onların təsərrüfat fəaliyyətində davranışları, təsərüfatçılıq qanunlarının Aristoteldən Ksenofontdan bu günə qədər bütün döüvrlərdə dərk edilməsinin obyektiv zəruriliyi ilə bağlıdır. 
XIX əsrin sonunda N.Bunge “Siyasi iqtisadın əsasları” kitabında siyası iqtisadın ümumbəşər inkişafın aşağı pilləsində olan xalqlarda aolmadığını qeyd etmişdi. 
Nobel mükafatı laureatı M.Fridmen yazır ki, iqtisadiyyat heyranedici elmdir, onun sehri fundamental prinsiplərinin sadəliyindədir , onları bir vərəqə yazmaq mümkündür, bununla belə onları çox az adam başa düşür.İqtisadi fikir tarixi üzrə dünya şöhrətli mütəxəsis A.Heylbronerin sözləri ilə desək, mürəkkəb təsərrüfatçılıq aləmini əks etdirən bu elmin dərinliyi onu öyrənəndən “dəvə dözümü və müqəddəs səbri” tələb edir. 
P.Samuekson bütün dünyada məhşur “ Ekonomiks” dərsliyində yazır ki, iqtisadi nəzəriyyəni iqtisadi nəzəriyyəni müntəzəm surətdə öyrənməyən adam musiqi əsərini qiymətləndirməyə cəhd edən kara bənzəyir. 
İqtisadi nəzəriyyənin əhəmiyyəti bilavasitə təsərrüfat fəaliyyətində və siyasətində tətbiq olunan hazır məsləhətlərdən ibarət olmasında deyil, C.M.Keynsin sözlərilə desək, metod, intellektual alət, düşüncə texnikası olmaqla ona malik olana düzgün qərar və nəticələrə gəlməyə kömək edir. 
Özü də, hədsiz dərəcədə nəzəriyyələşdirmək də arzu olunmazdır, çünki mənasızdır. İngilis iqtisadçısı İ.M.D.Little belə alimləri obrazlı şəkildə “qeyri-iqtisadçılar” adlandıraraq, haqlı olaraq qeyd edirdi ki, “qeyri-iqtisadçılar” adətən həddindən artıq akademik olurlar, onlar real həyatdan hədsiz ciddi-cəhdlə təcrid olunurlar. 
Pol Samuelson iqtisadi fikir tarixində iqtisadi nəzəriyyənin inkişafına müəyyənləşdirici təsir etmiş üç görkəmli mütəfəkkirin A.Smit , K.Marks , C.Keynsin adlarını xüsusilə qeyd edir.  
Başqa görkəmli Amerika alimi C.Helbreyt hesab edirdi ki, K.Marksın təlimi o qədər dəyərlidir ki, onu tamamilə marksistlərə vermək olmaz. 
Yozef Şumpeter K.Marksı böyük alim hesab edirdi və bu ona marksizmi tənqid eməyə mane olmurdu. 
Cəmiyyətin təsərrüfat həyatının tədqiq edən elmi səciyyələndirmək üçün müxtəlif mərfumlardan istidafə olunub. 

·          Ekonomiya

Yunan sözü olub oykos-ev, təsərrüfat və nomos - məharət, qanun, bilik sözlərindəndir və hərfi mənansı təsərrüfat işlərinin aparılması məhariti deməkdir. 

·          Ekonomika

Bütün iqtisadi sistemdə və ya onun ayrı-ayrı sahələri, elementləri, şəraitlərində insanın təsərrüfat fəaliyyətini öyrənən elm.·          Siyasi iqtisad

Yunan sözləri politeyya – dövlət quruluşu, oykos nomosdan ibarət olub dövlət miqyasında təsərrüfatın aparılması bacarığını bildirir. Bu isə o deməkdir ki, dövlət miqyasında təsərrüfatın aparılması barədə elm də mövcud olacaq. 

·          Ekonomiks

İnsanın bazar iqtisadiyyatında davranışı, təsərrüfat fəaliyyətində məhdud resurslardan istifadəsi haqqında olub marjinalist metodologiyaya söykənən elm. 

·          İqtisadi nəzəriyyə

Müxtəlif iqtisadi sistemlərdə XXI əsrin əvvəli üçün iqtisadi fikrin ən mühüm nailliyyətlərinin cəmini istifadə edərək təsərrüfatın aparılması məharəti haqqında elm. 
“Ekonomika” mərfumu e.ə VI əsrdə yunan şairi Hesiod iki sözü “oykos” və “nomos” sözlərini birləşdirərək icad etmişdi ki, bu da hərfi mənada ev təsərrüfatının aparılması məharəti, biliyi, qaydalar məcəlləsi deməkdir. 
Elmə bu məfhum qədim yunan iqtisadi fikrinin nümayəndələri “Ekonomikos” adlı əsəri yazmış Ksenofont (e.ə 430 – 355) və Aristotel (e.ə 384-322) tərəfindən gətirilmişdir.

İqtisadiyyat” məfhumu hazırda aşağıdakı mənalada işlədilir :

·        Mövcud ölkənin xalq təsərrüfatı və ya onun müxtəlif sahələrini özündə ehtiva edən bir hissəsi : regionun, ölkənin, bir qrup ölkələrin və ya bütün dünyanın iqtisadiyyatı; 
·    Məhsuldar qüvvələrin mövcud inkişaf mərhələsinə müvafiq olan və müəyyən iqtisadi sistem yaradan təsərrüfat fəaliyyəti nəticəsində insanlar arasında tarixən müəyyənləşərək meydana gələn iqtisadi münasibətlərin məcmusu; 

·    İnsanların fəaliyyətini, onun qanunları və qanunauyğunluqlarını, istehsalın bəzi şəraitləri və elementlərini öyrənən elm.

İqtisadiyyat zəruri həyati nemətlər yaradılmasını və onlardan istifadə yolu ilə insanların və cəmiyyətin tələbatlarının ödənilməsini təmin edən təsərrüfat sistemidir.

“Ekonomiks” fənnini diqqətlə öyrənəndə, onun çoxmənalı məfhum olub aşağıdakıları səciyyələndirdiyini görmək olar :

·        İqtisadiyyatın mikro və makrosəviyyədə bazar şəraitində fəaliyyət prinsipləri haqqında elm. 
·        Daha mücərrəd səciyyəli marksist siyasi iqtisadi ilə müqayisədə daha tətbiqi səciyyəli elmi 
·        ABŞ və Qərbi Avropa ali məktəblərində tədris olunan və özündə, həmçinin iqtisadi tarixi, iqtisadi fikir tarixini və itisadi problemlər üzrə bir sıra xüsusi seminarları ehtiva edən tədris fənlərini. 

10 və daha artıq il müddətində siyasi iqtisad fənninin tədrisinin islahatının gedişində fənnin adının dəyişdirilməsi ilə bağlı ən müxtəlif təkliflər verilmişdir. 

·                  Ümum iqtisad nəzriyyə

·                  Nəzəri iqtisadiyyat

·                  Siyasi hesab

·                  Xrematistika

·                  Postiqtisadiyyat

·                  Yeni siyasi iqtisad

İqtisadi nəzəriyyə təbii ki, iqtisadi prosesləri və hadisələri olduğu kimi təqdim etməyə meyillidir və real gerçəkliyi olduqca təxminən əks etdirən modellərə müraciət edir. Real gerçəkliyi qeyri-adekvat əks etdirməsinə baxmayaraq , nəzəri modellər ümumi iqtisadi mənzərənin təsvirini vermək, əsas amilləri aşkarlamaq, təqribi təsəvvürlər, istiqamətlər əldə olunması baxımından faydalıdırlar. 
İqtidadi nəzəriyyə ilə iqtisadi riyazi modelləşdirmə, daha geniş geniş mənada isə iqtisadiyyatın idarə olunmasının əsas prinsiplərini öyrənən iqtisadi kibernetika ilə sıx əlaqədardır. 
Tətbiqi iqtisadiyyat konkret iqtisadiyyatla əlaqədə olur, nəzəriyyə nisbətən təcrübəyə, təsərrüfatçılıq təcrübəsinə, iqtisadi fəaliyətin təsərrüfatçılıq təhlilinin konkret göstəricilərinə daha çox istinad edir,  konkret iqtisadi vəziyyətləri mikro və makroiqtisadiyyata uyğun olaraq öyrənir və bu zaman hədsiz mücərrədçilikdən, həyat gerçəkliyindən uzaqlaşmaqdan qaçır.

İqtisadi nəzəriyyə (siyasi iqtisad) başqa iqtisadi elmlərlə qarşılıqlı əlaqədədir :
·        Konket iqtisadi elmlər
Sahələrin iqtisadiyyatı, 
müəssisələrin iqtisadiyyatı, 
Ölkələrin iqtisadiyyatı və s 
·        İnformativ – analitik 
İqtisadi-riyazi metodlar 
Statistika         
Təsərrüfat fəaliyyətinin təhlili 
·     Tarixi iqtisadi elmlər 
İqtisadi fikir tarixi     
Xalq təsərrüfatının tarixi 
·        Xüsusi iqtisadi forma və təşkilatların iqtisadiyyatı
Maliyyə
Kredit
Marketinq 
Təbiətdən istifadənin iqtisadiyyatı və s

İqtisadi nəzəriyyədə nəticələrinin tətbiqi sahəsindən asılı olaraq, iki istiqamət ayırmaq olar :

Pozitiv (deskriptiv) iqtisadiyyat əsasən müşahidə olunan iqtisadi proseslər və hadisələrin obyektiv şərhi, elmi izahına, onların əsasında elmi fərziyyələrin, konsepsiyaların qurulmasına, iqtisadi sistemlərin fəaliyyət qanunauyğunluqlarının aşkarlanmasına yönümlənib.

Normativ iqtisadiyyat arzu olunan nəticələrə çatmaq üçün necə olmalıdır, necə hərəkət edilməlidir – suallarına cavab verir.

Proqnozlaşdırma, iqtisad elminin xüsusi qulu kimi, gələcəkdə iqtisadiyyatda nələrin baş verə biləcəyinin elmi qabaqgörənliyidir.Mahiyyət etibarilə bu, iqtisadi gözləmələr elmidir.
İqtisadi nəzəriyyənin praktik əhəmiyyəti (Ogüst Kontun məlum formulu) ondadır ki, bilik qabaqgörənliyə aparır, qabaqgörənlik isə fəaliyyətə.İqtisadi nəzəriyyə iqtisadi siyasətin əsasında durmalı, onun vasitəsilə də praktik həyata nüfuz etməlidir.Hərəkət (praktika) biliyə, bilik qabaqgörənliyə, qabaqgörənlik düzgün hərəkətə aparır.
İqtisadi nəzəriyyə necə valanmaq haqqında qaydalar toplusu deyil. O bütün poblemləin hazır həllini vermi. Nəzəiyyə iqtisadi gerçəkliyin dərki üçün yalnız alət, üsuldur. Bu alətdən istifadə etməyi bacamaq, iqtisadi nəzəriyyənin əsaslarını bilmək hər kəsə bi çox həyatı vəziyyətlərdə düzgün seçim etməyə kömək edə. 
İqtisadi nəzəriyyədən iqtisadi siyasəti fərqləndirmək lazımdı. 
İqtisadi siyasət nemətlərin ictimai istehsalı, bölgüsü, mübadiləsi və istehlakı sahəsində dövlətin məqsədyönlü tədbirlər sistemidir. O, cəmiyyətin, onun bütün sosial qruplarının maraqlarını əks etdirməyə təyinatlanıb və milli iqtisadiyyatın möhkəmləndirilməsinə istiqamətləndirilib.

Ekonomiksin on prinsipi : 
İnsanlar qərarları necə qəbul edir 

1.     İnsanlar seçimlərlə üzləşir

2.     Bir şeyin dəyəri onu ələ etmək üçün imtina olunanlarla ölçülür

3.     Rasional insanlar marjinal faydanı düşünür

4.     İnsanlar stimullara cavab verir. 
İnsanlar arasındakı münasibətlər 

1.     Ticarət hər kəs üçün faydalı ola bilər

2.     Adətən bazarlar iqtisadi fəaliyyətin təşkili üçün yaxşı üsuldur.

3.     Bəzən dövlətlər bazar fəaliyyətinin nəticələrini yaxşılaşdıra bilər. 
Bütövlükdə iqtisadiyyat necə işləyir ? 

1.     Ölkədəki həyat səviyyəsi onun əmtəə və xidmətləri istehsal etmək qabiliyyətindən aslıdır.

2.     Dövlət həddən artıq pul çap etdikdə qiymətlər qalxır.

3.     Cəmiyyət inflyasiya ilə işsizlik erasında qısa müddətli seçimlə üzləşir.

Daha ətraflı