Müştəri gözüylə Supermarketlərdəki problemlər
Bəli mən idarəetmə sahəsinə maraq görsədən bir şəxs kimi supermarketlərdən birində baş verən bir boşluğu və yaxud boşluğu doldurmaq adı ilə edilən mənasız tədbirdən danışacam.
Deməli ağartı məhsulları olan cərgənin yanındakı toyuqlara baxırdım. Birdən cavan adninistratorlardan biri işçini tənbeh edirdi. Bu hall istehlakçı kimi mənim xoşuma gəlmədi.
Administrator daxili məmnuniyyət qaydasın pozaraq istehlakçının yanında işçini danlamaqla həm özünə qarşı, işçiyə qarşı, supermarketə qarşı və məhsula qarşı məsuliyyəti itirir.
Səhf eləmirəmsə satıcını işinə diqqət yetirmədiyinə görə danlayırdı.
Mən süd məhsulu və toyuq qiymətləri ilə maraqlanmaq istəyirdi. Qız danlanmaqdan inciyib yerini dəyişdi. Mənsə ağartı məhsulunu soruşacağım adam tapmadığıma görə, qıraqda başqa ağartı məhsulunun reklam satışı edən xanımın müraciəti və təklifi sayəsində başqa məhsul aldım.
Burda idarə etmədə müştəri məmnuniyyəti əsasənda formalaşdırılmış ümumi keyfiyyətə nəzarətdəki (idarəetməsindəki) qüsurdan gedir. Yəni həmin nəzarət edən şəxs həm özünə həm işçisinə həm istehlakçısına həm də firmanın nüfuzu naminə haqlı da olsa özgələrinin yanında işçisini azarlamamalı idi.
Supermarketdə ən böyük problemlərdən biri kassaların və piştaxtaların bəzisinin başında yetəri sayda işçinin olmamasıdır. Əlbət bunun özünə görə haqlı haqsız səbəbləri var. Ya işçilər bayramla əlaqədar tətildədir ya da ixtisara salınmışlardandır.