Podcast nədir ?
Podkast (ing. podcast) və ya canlı yayımlanmayan translyasiya, rəqəmsal media faylları (audio və ya video) epizodik olaraq təqdim olunur və tez-tez veb-sindikasiya vasitəsilə endirilir.
Podkast sözü iPod sözündəki Pod hissəciyi və vebkast (ing. webcast) sözünün ikinci hissəsinin birləşməsindən əmələ gəlib, bu da iPodların veb fidlərin polulyarlaşması və innovasiyasındakı rolundan irəli gəlir.
Podkastinq (ing. podcasting) — səs (mp3 və s.) və ya video kimi media formatında materialların hazırlanma və İnternetdə yayılma prosesidir.
Podkast terminal və ya podkast sayt — media faylları yerləşdirmək, yaymaq və onlara abunə olmaq imkanı vermək üçün xüsusi hostinqə malik olan veb-sayt.
Podkastçı (ing. podcaster) — professional və ya həvəskar formada podkastla məşğul olan (hazırlayan və yayan) şəxslər.
Yuxarıda yazılan məlumat eyniylə Podcast.AZ saytından götürülüb.
İngilis dili üçün Podcast xitmətləri :
This American Life tərəfindən Sarah Koenig rəhbərliyi ilə yaradılıb. Mətnli və səsli hissələrdən ibarət mövzularla əhatələnib. İtunes də və Android üzərində podcast xitməti göstərən proqramların tərkibində də tapmaq olar.
ESL dərsləri üçün həftəlik pulsuz audio pdkastları təqdim edir. İntermediat və Advanced səviyyələrində olmaqla Biznes ingilis dili bacarıqlarının inkişafı üçün nəzərdə tutulub.
Hər gün aydın ingilis dilini dinləməyi təklif etməklə yanaşı test, tapşırıq, ifadələr, ingilis dilində danışıqlarda iştirak etməyi təklif edir.
Amerikan ingiliscəsini təkminləşdirmək üçün mətnli və səsli şəkildə olan müxtəlif mövzulu xəbər və informasiya xarakterli məlumatlardan yararlana bilərsiz.
Elementary səviyyəsində səsli, mətnli mövzularla yanaşı mövzuya uyğun virtual test tapşırıqlarını da təqdim edir.
İngilis dilini inkişaf etdirmək üçün yükləmə şəklində səsli və yazılı materialları təqdim edir.
Materiallar Dr. Lucy Tse tərəfindən CNN, SanFransico Chronicle, Los Angles Times, Los Angeles Daili News-ə əsaslanaraq yazılır. Rəhbərliyi isə Dr. Jeff Mc Quillan edir. Əsasən sərbəs şəkildə səsli materiallardan ibarət xidməti təklif edir.
Aljazeera -in xitməti ilə dünyada baş verən hadisələrə əsaslananaraq təqdim edilən informasiyaları həm izləyə həm dinləyə həm də oxuya bilərsiz.
Mərkəzi Lolan web və mobil üzərindən müxtəlif növ səsli mətnləri dinləmək üçün nəzərdə tutulub. 6000-dən çox tərəfdaşı özündə cəmləyir. Bura BBC, Cumilus, Telegraph, Guardian və sairlərini aid etmək olar. 10 mövzuda müxtəlif materialları təqdim edir.