8 Kasım 2017 Çarşamba
8 Ağustos 2017 Salı
22 Temmuz 2017 Cumartesi
Stream Mirroring (Axını əks etdirmə)
Stream Mirroring (Axını əks etdirmə)
Stream Mirroring hərfi tərcümə edilərsə Axını əks etdirmək kimi ifadə ortaya çıxır. Android ekranındakı görüntünü komputer ekranında əlava naqil və ya qurğu olmadan 2 cihaz arasında əlaqə yaradan proqram vasitəsiylə əks etdirilməsini mümkündür. Ancaq başqa cihazların ekranında əks etdirmək üçün Həm telefonunuzda həm də TV kimi cihazlarda Stream Mirroring -i dəstəkləməli və ya ona bu işi icra etməsinə kömək edən qurğu və ya naqillər lazımdır.
Stream Mirroring Android cihazlarının ekran görüntüsünü daha geniş ekranlı cihazlarda əks etdirməklə istifadəçiyə rahatlıq təmin edir. Bunula istifadəçi Android cihazındakı işlətdiyi hər hansı tədbiqetməni və ya telefonun ekran görüntüsünün əks olunduğu digər cihazın (ortada vasitəçi olan program da daxil olmaqla) imkanları yaxşıysa Android oynu belə geniş ekranlı cihazda əks etdirə bilər.
Stream Mirroring üçün nəzərdə tutulan proqramlar:
1) MirrorGO
Android cihazınızdakı oyunları və proqramları daha geniş ekran görüntüsü ilə əldə etmək üçün ən mükəmməl proqramlardan biridir. Proqram android cihazı ilə komputer arasında əlaqə yaratmaqla görüntünü əks etdirdiyinə görə android cihazı üçün tədbiqetməni və komputer üçün proqramı yükləyib işə salmağınız gərəklidir. Emulyatorlarda android oyunu zamanı baş verə biləcək xətalarla müqayisədə təmiz əks etdirmə stabilliyi ilə bu baş vermir.Klavyatur və siçanın köməkliyi ilə istəyənizdən asılı olaraq android smartfonunuza toxunmadan Komputerin ekranından tədbiqetmələrlə işləyə bilərsiz. Eyni zamanda işlətdiyiniz tədbiqetmə və ya oyunların görüntüsünü video və ya şəkil şəklində saxlaya bilməklə yanaşı paylaşa bilərsiz. Ekran görüntüsünün keyfiyyətini nizamlamaq mümkündür.
Əgər siz sadə və işlətdiyiniz tədbiqetmələri sadəcə əks etdirmək istəyirsinizsə yalnız tədbiqetmədən ibarət olan proqramdır. Görüntünü Komputer ekranına yansıtmaq üçün komputerinizdə olan hər hansı online yayınları dəstəkləyən media player -inizdə və ya browserlərdən birində sizə təqdim edilən Device adress: - başlığı ilə verilən linki yazmağınız kifayətdir. MJEG formatında HD görüntü ilə təmin etdiyi üçün mobil cihazınızın səsini əks etdirə bilmir.
Qeyd: Məqalə sırf informsasiya xarakterli olub adı çəkilən şirkətlərnlə heç bir maddi sövdələşmə olmamışdır. Əgər sizin mobil və ya mobil cihazınızın görüntüsünü əks etdirəcəyiniz cihazlardan başı çıxmayıb hər hansı problem yaşanarsa bu sizin məsuliyyətiniz altındadır. Mütləq şəkildə sıradan çıxmız cihazınızı bu sahədən başı çıxan adamların və ya mütəxəsislərinin yanına aparmaqla cihazınızı və cibinizi ziyandan xilas etmə şansı yüksək olar. Məqalə xoşunuza gəldiyi təqdirdə və başqalarını da bu haqda məlumatlandırmaq istəyirsinizsə bəyənməklə yanaşı müxtəlif sosial şəbəkə ünvanlarınızdan paylaşa bilərsiz.
3 Temmuz 2017 Pazartesi
İqtisadiyyatla bağlı kitablar - 9
İqtisadiyyatla bağlı kitablar - 9
Benedikt Koehler - İslâm'ın Erken Döneminde Kapitalizmin Doğuşu
Robert Brenner - Ekonomide Hızlı Büyüme ve Balon
Michael Heinrich - Kapital'e Giriş
John Bellamy - Kapitalizmin Malileşmesi ve Kriz
Max Weber - Protestan Ahlaki ve Kapitalizmin Ruhu
Şafak Altun - Popüler Ekonomi Masalları
M. I. Finley - Antik Çağ Ekonomisi
Michel Beaud - Kapitalizmin Tarihi (1500-2010)
20 Haziran 2017 Salı
Ekran görüntüsünü qeydə alan proqramlar
Ekran görüntüsünü qeydə alan proqramlar
Screen capture - ingilis sözü olub ekran (screen) və capture (ələ keçirmək) sözlərinin birləşməsidən əmələ gəlib. Anadolu türkcəsində ekran yakalama, bizim dilə uyğun çevrilərsə ekran görüntüsün qeydə alma kimi söyləmək olar. Screen capture proqramları vasitəsilə İşçi masasındakı icra edilən işləri qeydə almağa kömək etməklə əldə edilən görüntülərlə mürəkkəb prosesslərin ardıcıllığı unudulmaması, hər hansısa problemi görsətmək, öyrətmək və paylaşmaq üçün nəzərdə tutulub.
Screen сapture 2 hissəyə ayrılır:
1) Screenshot
Bu tip proqramlar və ya tədbiqetmələr (smartfonlar) olmamışdan əvvəl də ekran görüntüsünü şəkilli də olsa qeyd etmək günümüzdədə mümkündür. Komputerdə klavyaturadakı Print Screen düyməsini basmaqla ekran görüntüsünün şəkli qeydə alındıqdan sonra onu MS Office Word, Paint tipli proqramlara əlavə etmək günümüzdə də mümkündür. Ağıllı telefonlarda isə telefondan asılı olaraq dəyişərək ya mərkəz düymə ilə işə salma düyməsini ya da mərkəz düymə ilə səs artırma düyməsini basmaqla Screenshot dediyimiz proses baş verərək ekran görüntüsü şəkil olaraq mobil cihazın yaddaşına yüklənir. Sonradan bu proqramlar və tədbiq etmələr sayəsində rahat hala salınmışdır.
2) Screencast
Gün keçdikcə proqram və tədbiqetmə bazarında artan tələbatlar və rəqabətə tab gətirmək üçün proqramlar üzərində təkminləşmə işləri sayəsində artıq istəyə bağlı olaraq səsli və ya səsiz video formatlarında da qeydə almaqla Screencast prosesi icra edilir.
Screen Capture proqramları ilə öz fikirlərinizi daha rahat çatdırmaq üçün proqramın içində qeyd sonrası və hət da qeyd zamanı sadə və öyrədici məqsədli video və şəkil redaktəsi də mümkündür. Bununla yanaşı web cam - özəlliyinə sahib olmaqla İşçi Masası- ndakı və ya mobil cihazların interfeysində icra edilənən işlə icra edənin görüntüsü birlikdə qeydə alınır. Və hət da bəziləri tam ekran açılan və kənar hayişəli olmayan oyunların görüntüsünü qeyd edir. Oyun və ya yüksək keyfiyyətli hərəkətli vizualların qeydə alınması üçün kompüterin parametləri imkan daxilində güclü olmalıdır.
Məqalədə sizlərə kompüterlər üçün bəzi Screen capture proqramların təqdim edilir.
Bu sahədə ən mükəmməl proqramlardan biridir. Screencast zamanı videoları .3gp , .3gp2 , .avi , .flv , .swf , .mkv , .mp4 , .ogv , .mov , .webm , .webm formatlarında istəyə bağlı olaraq həm standart şəkildə həm də yüksək keyfiyyətdə qeyd edir. Videolar çoxu zaman səsli olduğu üçün .aac , .flac , .mp3 , .ogg , .wav , .wma formatlarında səsləri qeyd edir. Screenshot zamanı şəkilli görüntüləri .bmp , .dpx , .jpeg , .pbm , .psx , .pgm , .png , .ppm , .tga , .tiff , .xbm formatlarında qeydə alır. Həmçinin çəkdiyiniz videoların Android, Apple əməliyyat sistemi ilə işləyən mobil cihazlarda və digər cihazlarda rahat görülməsi üçün yaddaşa yüklənir. Proqramı rahat anlamaq üçün sizə istənilən zaman dəyişdirə bilmə imkanı verən bir sıra dillər mövcuddur. Web Cam özəlliyinə sahibdir.
Əsasən oyunların görüntüsünü qeyd etmək üçün istifadə olunur. Rahat interfeys, Yaşıl ekran, web kamera ilə yanaşı digər HDMI çıxışlı olan cihazların görüntülərini dəstəkləməsi, görüntünü qeyd edərkən pəncərə seçmə özəlliyi, 4К və HD formatları dəstəkləməsi, Sosial şəbəkələrdə və video portallarda canlı yayın imkanı, Tədbiqetmə vasitəsi ilə mobil cihaz ilə qeyd etmə prosesinə məsafədən idarə etmə imkanı 120 fps kimi yüksək səviyyədə qeyd etmə, nə eşidirsənsə və ya öz səsini videoda qeyd etmə özəlliyi ilə istifadəçilərin bu sahə üzrə təlabatlarını ən yüksək səviyyədə qarşılayır.
Sadə və az yer tutan proqramlardan biridir. .mp4 , .webM , .avi , .mov formatlarında standart və yüksək keyfiyyətli şəkildə ekran görüntülərini əldə eləmək üçündür. Web Cam özəlliyi ilə yanaşı qeyd zamanı cizgi panelinə, yaxınlaşdırma özəlliyinə sahibdir.
Sadə proqramlardan biridir. IBM, Cambridge, Universal, BBC və bəzi digər nəhəng şirkətlər onların bir milyondan çox istifadəçilərindən bir neçsidir. Proqram sadə qeyd etmə və redaktə panelinə malidir. Təhsil və bizneslə bağlı işlərdə istifadə edildiyi üçün böyük sistem tələbatları qoymur. Web cam cihazların dəstəkləyir. flash , .mpeg4 , .gif , .exe , .avi , .wmf , .ppt , .mov formatların dəstəkləyir. Öz rəqiblərindən fərqi ondadır ki çəkilən görüntünü öz redaktorunun tanıyacağı formata salmaqla redaktorunun köməkliyi ilə çəkdiyiniz görüntüdə Web kameranın yerini dəyişmək və video üzərində redəkdə imkanı verir.
Apowersoft - Screen Recorder , Bandicam , TechSmith - Snagit , İcecream - Screen Recorder , Ashampoo - Snap . Loilo Game Recorder , Fast Stone Capture , Play Claw , Lite Cam , ZD soft - Screen recorder , Snipping tool , Lightshot proqramları da Sceen сapture vəzifəsin icra edən proqramlardandır.
Qeyd: Məqalə sırf informsasiya xarakterli olub adı çəkilən şirkətlərnlə heç bir maddi sövdələşmə olmamışdır. Əgər sizin komputerdən başı çıxmayıb proqramları komputerə yazan zaman problem yaşanarsa bu sizin məsuliyyətiniz altındadır. Mütləq şəkildə komputerinizi bu sahədən başı çıxan adamların və ya komputer mütəxəsislərinin yanına aparmaqla komputerinizi və cibinizi ziyandan xilas etmə şansı yüksək olar. Məqalə xoşunuza gəldiyi təqdirdə və başqalarını da bu haqda məlumatlandırmaq istəyirsinizsə bəyənməklə yanaşı müxtəlif sosial şəbəkə ünvanlarınızdan paylaşa bilərsiz.
4 Haziran 2017 Pazar
Video redaktorların Yaranma və İnkişaf tarixi
Video redaktorların Yaranma və İnkişaf tarixi
Video redaktorlar deyərkən adından göründüyü kimi video üzərində dəyişikliklər və ya iş icra edən proqramlar nəzərdə tutulur. Təqdim edilən imkanlar çərçivəsində sadəliyindən mürəkkəbliyinə doğru bölünərək proqram bazarındakı müştərilərin ehtiyaclarını qarşılayırlar. Bu sahədə də rəqabət yüksək olduğundan proqram üzərində də daim təkminləşmə işləri surətlə gedir. Çünki şirkətlər arasında rəqabətin artması və yeni güclü rəqiblərin meydana gəlməsi bazar paylarının itirilməsi ilə nəticələnə bilər. Video redaktorların tam imkanları ilə rahat işləməsi üçün (xüsusilə profesional video redaktorlar üçün) Proçessorun və RAM -ın gücü ilə yanaşı burada digər proqramlardan fərqli olaraq Video kartın gücü böyük rol oynayır.
Tarixə nəzər salındıqda profesional video redaktorların başlanğıcı Lightworks adlı proqramla ortaya çıxıb. Bu proqramın yaranma tarixi 20 -ildən çox olsa da profesional proqramlar arasınöz mövqeyini qoruyur. The Wolf of Wolf street, L.A Confidential, Pulp Fiction, Heat, Road to Perdition və digər reytinqli filmlərin ərsəyə gəlməsində proqram kimi Lightwork -dan istifadə olunub.
Abobe - After Effects, Adobe - Premiere, Avid - Media Composer, Sony - Movie Studio, Sony/Magix - Vegas, AVS Video Editor, VSDC - Video Editor, Apowersoft - Video Editor, Movavi - Video Suite, Corel - VideoStudio, MAGIX - Video Pro X və digər video redaktorlar günümüzə sadəliyindən və ya mürəkkəbliyindən asılı olmayaraq birdən birə ora ortaya çıxmayıb.
Video redaktorların inkişaf mərhələləri:
1) Linear video editing (Xətti video redaktə) - Bu müxtəlif video lentlər kəsilərək bir lent halına salınır ki, beləliklə ilk video redakdə ortaya çıxır.
2) Non linear editing system (Xətti olmayan video redaktə) - Komputer üzərində olan ilk video redaktədir. Dövrümüzün profesional proqramları kimi olmasalar belə onların ilk başlanğıcını təşkil edir.
4) Online editing (İnteraktiv) - Artıq interaktiv imkanları ilə profesional şəkildə redakdə etmək və görülən işin tam şəkildə görüntüsü əldə etmək olar.
5) Vision mixing - ( Görüntü qarışdırmaq) Bu canlı yayın zamanı və real vaxt ərzində video çəkimlər zamanı görüntüləri əlaqələndirmək üçündür.
6) Home video editing (Ev şəraitində) - Ev şəraitində video redaktələr 2000 -ci ildən buyana surətlə rəqamsallaşan SDTV -lərdəki (Standart Definition Television (AZ: Standart Təiynatlı Televiziya)) Apple -ın IMovies və Microsoft -un Windows Movie Maker -i ilə mümkündür.
Bu arada video redaktor proqramlarının inkişafını surətləndirən amillər içində insanların sosial şəbəkə və video portallarda öz videolarını yerləşirmələrinin sayının artmasıdır ki, bu da Komputerlərdə istifadə olunan proqramlarla yanaşı Mobil video redaktor tədbiqlərinin də (application) getdikcə nəzərə çarpacaq qədər özlərini görsətmələrinə şərait yaradır.
Qeyd: Məqalə sırf informsasiya xarakterli olub adı çəkilən şirkətlərnlə heç bir maddi sövdələşmə olmamışdır. Əgər sizin komputerdən başı çıxmayıb proqramları komputerə yazan zaman problem yaşanarsa bu sizin məsuliyyətiniz altındadır. Mütləq şəkildə komputerinizi bu sahədən başı çıxan adamların və ya komputer mütəxəsislərinin yanına aparmaqla komputerinizi və cibinizi ziyandan xilas etmə şansı yüksək olar. Məqalə xoşunuza gəldiyi təqdirdə və başqalarını da bu haqda məlumatlandırmaq istəyirsinizsə bəyənməklə yanaşı müxtəlif sosial şəbəkə ünvanlarınızdan paylaşa bilərsiz.
2 Mayıs 2017 Salı
Elm və təhsil yönümlü proqramlar
Elm və təhsil yönümlü proqramlarProqram bazarı yüksək ehtiyyacdan doğan tələbatları qarşılamaq üçün gün keçdikcə yenilənir və ya yeni rəqibləri ilə yarışmaq məcburiyyətində qalır. İnsanlar tərəfindən komputerdə üzərində işlənilməklə real həyata və ya özlərinin dünyası olan virtual dünyaya xidmət etməklə insanlara xidmət edir. Təsəvvür edin ki siz turistsiz və sağlamlıq probleminizə görə müalicə məqsədiyylə gəlmisiz. Siz adi normal insanların qaldığı oteldə də qalma imkanınız olsa belə sizin ehtiyacınızı yalnız sanatoriya qarşıladığı üçün sanatoriyaya gedəcəksiz. Gördünüz kimi proqramlar da belə turizm xidməti görsədən məkanlar kimi və məknlara tədbiq olan paketlər kimi eyni kateqoriyada olsalar belə bir birindən fərqlidir. Elm və təhsil ölkənin və ya geniş anlamda insanlığın gələcəyinin qarntisi olduğu üçün onların da digər sahələr kimi ehtiyacları var. Məhs burada dar ixtisaslı və dar olduğu qədər də geniş imkanlara malik olan elm yönümlü proqramların tədbiqi və satışları həyata keçirilir.Məqalə bir sıra məhşur elm və təhsil yönümlü (və ya ixtisas yönümlü) proqramlar haqqında olacaq.
1) PTC Mathcad Prime
Yazı və riyazi əməllərin bir arada olduğu, standart mətn formatını dəstəkləməklə yanaşı proqramlaşdırma dilinə gərək yoxdur. 3D Plot grafiklərinə baxma imkanı ilə göz oxşayan qrafiklərdəki xətaları mühəndislik sahəsi üzrə qrafiklərdən anlamasaz belə onlara nəzər yetirərək baş verənləri incələyə bilərsiz. Proqramlaşdırma yerinə riyazi işarələr sistemindən istifadə olunur. Mühəndislik hesablamaları və dizaynnın optimallaşdırılması və hesablamaların mətn təqdimatı kimi imkanları var. CAD və MS Excel ilə inteqrasıyaya malikdir. Yazı, cədvəl və qrafik şəkildə işləmək olur. Geniş funsiya kitabxanası ilə yanaşı öz funksiyalarınızı yaratma imkanı və intekraisiya etmə imkanına malikdir. Böyük və qarmaşıq problemləri tez aradan qaldırdığı üçün sizləri artıq vaxt itkisindən və risklərdən kənarlaşdırır.
2) Wolfram Mathematica
Proqram vasitəsiylə bir çox riyazi əməliyyatları özündə cəmləşdirəm riyaziyyat sahəsindəki hesablamalarınızı reallaşdıra bilərsiz. Wolfram Language adlı sadə əmr komandara malikdir. Mürəkkəb əməliyyatları rahatlıqla yerinə yetirir. Həmçinin burada layihələr üzərində də işlayə bilərsiz. Üzərində işləniləm prosesləri .nb tipli fayl şəklində saxlaya bilərsiz.
3) Proteus Design Suite
Elektronika səhəsində oxuyan və ya o sahədə işləyən insan üçün nəzərdə tutulub. Sxemlər üzərində işləmək üçün İsis və Ares cizgilərindən istifadə edə bilərsiz. İsis cizgilərinin analizi və İsis cizgilərini Ares -ə köçürmək imkanı verir. Proqramın köhnə adı Proteus Professional idi.
4) Geographic Calculator
Coğrafiya elmi üçün nəzərdə tutulan proqramlardan biridir. Nöqtə kordinatları, verilənlər bazası, fərdi yanaşma və xəritə proyeksiyaları tipli malikdir. Məsafə və Azimut kordinatlarını hesablama və bunlarla bağlı digər hesablamaları həyata keçirir. Coğrafi hesablamaları profesional şəkildə sənədləşdirir və həmin sənədləri tanıyır.
Qeyd: Məqalə sırf informsasiya xarakterli olub adı çəkilən şirkətlərnlə heç bir maddi sövdələşmə olmamışdır. Əgər sizin komputerdən başı çıxmayıb proqramları komputerə yazan zaman problem yaşanarsa bu sizin məsuliyyətiniz altındadır. Mütləq şəkildə komputerinizi bu sahədən başı çıxan adamların və ya komputer mütəxəsislərinin yanına aparmaqla komputerinizi və cibinizi ziyandan xilas etmə şansı yüksək olar. Məqalə xoşunuza gəldiyi təqdirdə və başqalarını da bu haqda məlumatlandırmaq istəyirsinizsə bəyənməklə yanaşı müxtəlif sosial şəbəkə ünvanlarınızdan paylaşa bilərsiz.
22 Nisan 2017 Cumartesi
11 Nisan 2017 Salı
Ofis Proqramları
Ofis Proqramları
Ofis proqramları deyərkən bu sahədən xəbərsiz olduğumuz üçün ağlımıza haqlı olaraq ancaq mətn redaktoları gəlir. Ancaq bu bazar inter üzərindən və ya koputer üzərindən xidmət görsədən proqramlarla zəngindir ki, bura sadə bildiyimiz yazı, təqdimat və cədvəl xidməti görsədənlərdən tutmuş təhsil üçün proqramları da nəzərə almaqla sahibkarların verilənlərini mühafisəsinə qədər geniş bir sahə aiddir. Bu dəfə ki, məqalədə proqram bazarında olan mətn redktorları (əsasən yazı, təqdimat və cədvəl) haqqındadır. Hansı ki, biz bunlarla adi ev şəraitində belə işləri icra eləmək olar.
1) Microsoft Office
1989 -cu ildə Microsoft tərəfindən Windows və Mac OS əməliyyət sistemləri üçün nəzərdə tutulan bir-biri ilə əlaqəli işləyən satış üçün nəzərdə tutulan ofis üçün nəzərdə tutulan proqramlar paketidir. Edilən araşdırılmalara əsasən 2009 cu ilin iyun ayından etibarən müəssələrin 80% -i Microsof Office -nin hər hansısa versiyasını istifadə edir.
Microsoft Office 2010 Beta 2 versiyası 2009 -cu ilin 16 noyabr tarixində MSDN və Microsoft Connect saytları ilə yanaşı Microsoft Office Beta web saytında yayınlandı. Artıq Office 2010 Windows əməliyyat sistemlərində 2010 -cu ildən etibrən 32 və 64 bit şəklində ayrılıqda bazara çıxarılır. Artıq Microsoft Office 365 rəsmi saytda satışdadır. Paketə daxil olan proqramların zənginliyi seçdiyiniz paketdən aslıdır. Ancaq bir qayda olaraq Word, Excell, PowerPoint bu vaxta qədər mövcud olan bütün təqdim edilən paketlərdə var. Əgər sizin Outlook və ya köhnə adı ilə Hotmail hesabınız varsa Onedrive vasitəsilə internet üzərindən Microsoft office xitmətlərindən yararlana bilərsiz.
2) Libre Office
The Document Foundation tərəfindən təkminləşdirilən bir çox əməliyyat sistemində çalışan və digər ofis proqramları ilə uyğunlaşan sərbəst və pusuz şəklində təqdim edilən bir ofis proqramıdır. LibreOffice Microsoft Office tərəfindən yaradılan faylları aç maqla yanaşı, dəyişiklilər edərək həmin formatda da qeyd edə bilər. Həmçinin OpenDocument adı verilən açıq və sərbəst bir iso standartı istifadə edir ki, XML əsaslı bu azad fayl formatı heç bir çətinlik olmadan faylları açmağa imkan verir.
3) OpenOffice
StarOffice 1985'te Alman StarDivision firması tərəfindən inkişaf etdirilib. 1999'da StarOffice Sun Microsystems firması tərəfindən alındı. 2000 -ci ildə Sun azad GNU LGPL Lisensiyası ve Sun firmasının ticari lisenziyası olan SISSL ilə ilk OpenOffice -i yaratdı. 2010 ilində Sun Microsystems firması, Oracle tərəfindən satın alınd. OpenOffice -nin taleyi müəammalı qaldığı üçün həmin proqramı formalaşdıranlar Müstəqil ayrı Libre Office -ni yaratdılar. 1 iyun 2011 -ci ildən etibarən OpenOffice -i Apache fonduna verildiyi açıqlandı. Apache OpenOffice, Apache proqram fondunun öndərliyi ilə azad proqram topluluqları tərəfindən təkminləşdirilən azad və pulsuz paket şəklində ofis proqramıdır. Azad Apache liseyziyası ilə liseyziyalaşdırılmış olmaqla Windows Mac OS və Linux üçün nəzərdə tutulub. Microsoft Office -in fayl formatları dəstəkləyir.
4) OnlyOffice
Rəsmi olaraq 20 April 2015 -ci ildə fəaliyyətə başlayıb. AGPL license v3 lisenziyası altında komputerlər üçün açıq mənbəli və pulsuz şəkildə yaradılıb. Ancaq əsas fəaliyyət yönü olan internet üzərindəki xidmətləri CRM sistemi ilə integrasiya edilib. 2014 -cü ilin oktyabrında ASP.NET Bazasında yaradılıb. Ancaq online sistem üzərində fəaliyyəti pulludur. Windows Mac OS və Linux üçün nəzərdə tutulub. Microsoft Office -in fayl formatları dəstəkləyir.
Qeyd: Məqalə sırf informsasiya xarakterli olub adı çəkilən şirkətlərnlə heç bir maddi sövdələşmə olmamışdır. Əgər sizin komputerdən başı çıxmayıb proqramları komputerə yazan zaman problem yaşanarsa bu sizin məsuliyyətiniz altındadır. Mütləq şəkildə komputerinizi bu sahədən başı çıxan adamların və ya komputer mütəxəsislərinin yanına aparmaqla komputerinizi və cibinizi ziyandan xilas etmə şansı yüksək olar. Məqalə xoşunuza gəldiyi təqdirdə və başqalarını da bu haqda məlumatlandırmaq istəyirsinizsə bəyənməklə yanaşı müxtəlif sosial şəbəkə ünvanlarınızdan paylaşa bilərsiz.
29 Mart 2017 Çarşamba
Android oyunları
Android oyunları
Bu dəfə ki, məqalə Android əməliyyat sistemi üçün nəzərdə tutulan mobil cihazlardakı Play Store -da yerləşən oyunlarla bağlıdır. Bu oyunlar elə oyunlardır ki, bu kriminal və yetkin məzmunlu yanaşmalardan uzaqdır. Bu tipli oyunlar insanın diqqətini, səbrini, biliyini, dəqiqliyini hətda sürətli və çətin vəzitlərdə cəldliyini formalaşdırmaq və ya inkişaf üçün nəzərdə tutulub.
Google Play Games adlı proqram Android üzərindən oyunlar oynamaq üçün vacib proqramdır. Əgər siz hər hansısa oyun oynayan zaman sizin Google hesabınızla Google Play Games adlı proqram vasitəsilə əlaqə yaratdığınız təqdirdə siz oyna istədiyiniz yerdə və istədiyiniz Android əməliyyat sisteminə malik mobil cihazda oyuna qaldığınız yerdən davam edə bilərsiz. Hətda üstəlik naliyyətləriniz əks olunmuş cədvəli təqdim etməklə yanaşı proqram sizin oynadığınız oyunlara görə sizin ümumi oyunçu səviyyənizi də qeyd edir.
Diqqəti, səbiri, biliyi, dəqiqliyi hətda cəldiyi təbliğ edən oyunlar:
1) Roll The Ball
Roll The Ball 50 milyondan çox Play Store -dən yüklənib. Sürüşdürülə bilən və ya başqa deyişlə desək yerin dəyişə bilən bloklar vasitəsi ilə topu ixtiyari A nöqtəsindən B nöqtəsinə getməsini təmin etməkdir. Əgər topun hərəkəti zamanı siz ulduzlu 3 bloklardan istifadə etsəz oynadığınız mərhələni tam tamamlamış olrsuz ki, bu da sizə yüksək xal gətirir.
2) Brain Dots
Brain Dots əyləncəli və cizgili oyundur. 10 milyondan çox Play Store -dən yüklənib. Sacəsə siz sizə təqdim edilən sadə karandaşla bir birindən ayrı düşmüş göy və qırmızı potları bir şəklidə hərəkətə gətirib bir-birinə toxundurmaq üçün çəkdiyiniz cizgilərdən çox şey aslıdır.
3) Stack
Stack oynu isə daim hərəkətdə olan blokları üstüstə qoyaraq oyuncuların diqqətli və dəqiq olmasını tələb edir. 10 milyondan çox Play Store -dən yüklənib. Hər tələsdiyinizdə və ya gecikdiyinizdə üzərinə qoyulan əvvəlki bolokdan artıq və əskik hissələr ixtisar olur. Hər yeni blok bi addım əvvəlki təqdim olunmuş blokun ölçüsünüdə təqdim olunur.
4) Euclidea
Euclidea proqramı həndəsə sevərlər və öyrənənlər üçün nəzərdə tutulmuş oyundur. 500 min dəfədən çox Play Store -dən yüklənib. 120 hissədən 11 öyrədici vasitədən, bələdçi xidməti, rahat oynama və yaxınlaşdırma imkanı, oyun üçün 10 yeni alət və ən əsası Reklam məzmunlu bildirişlərdən kənar xidməti ilə bilgi oyunları sevənlər üçün nəzərdə tutulub.
Əlbət oyunlar Play Store -də çoxdur. İntelektual oyunlar sadaladıqlarımla bitmir. Nə bilmək olar ya bu məqaləni oxuyanlardan və ya oxumayanlardan biri bəlkə proqramlaşdırma ilə məşğuldur və bundan bir şəkildə cəmiyyət üçün öz borcunu yerinə yetirmək adına elə bu tip oyun və ya oyunlar toplusu yaradar. Proqramlaşdırma ilə məşğul olmayanlar isə bu tip insanlara dəstək olaraq onlara elm və təhsil sahəsi üzrə proqramlar yaratmağa köməkçi ola bilərlər.
Kaydol:
Kayıtlar (Atom)