Android oyunları
Bu dəfə ki, məqalə Android əməliyyat sistemi üçün nəzərdə tutulan mobil cihazlardakı Play Store -da yerləşən oyunlarla bağlıdır. Bu oyunlar elə oyunlardır ki, bu kriminal və yetkin məzmunlu yanaşmalardan uzaqdır. Bu tipli oyunlar insanın diqqətini, səbrini, biliyini, dəqiqliyini hətda sürətli və çətin vəzitlərdə cəldliyini formalaşdırmaq və ya inkişaf üçün nəzərdə tutulub.
Google Play Games adlı proqram Android üzərindən oyunlar oynamaq üçün vacib proqramdır. Əgər siz hər hansısa oyun oynayan zaman sizin Google hesabınızla Google Play Games adlı proqram vasitəsilə əlaqə yaratdığınız təqdirdə siz oyna istədiyiniz yerdə və istədiyiniz Android əməliyyat sisteminə malik mobil cihazda oyuna qaldığınız yerdən davam edə bilərsiz. Hətda üstəlik naliyyətləriniz əks olunmuş cədvəli təqdim etməklə yanaşı proqram sizin oynadığınız oyunlara görə sizin ümumi oyunçu səviyyənizi də qeyd edir.
Diqqəti, səbiri, biliyi, dəqiqliyi hətda cəldiyi təbliğ edən oyunlar:
1) Roll The Ball
Roll The Ball 50 milyondan çox Play Store -dən yüklənib. Sürüşdürülə bilən və ya başqa deyişlə desək yerin dəyişə bilən bloklar vasitəsi ilə topu ixtiyari A nöqtəsindən B nöqtəsinə getməsini təmin etməkdir. Əgər topun hərəkəti zamanı siz ulduzlu 3 bloklardan istifadə etsəz oynadığınız mərhələni tam tamamlamış olrsuz ki, bu da sizə yüksək xal gətirir.
2) Brain Dots
Brain Dots əyləncəli və cizgili oyundur. 10 milyondan çox Play Store -dən yüklənib. Sacəsə siz sizə təqdim edilən sadə karandaşla bir birindən ayrı düşmüş göy və qırmızı potları bir şəklidə hərəkətə gətirib bir-birinə toxundurmaq üçün çəkdiyiniz cizgilərdən çox şey aslıdır.
3) Stack
Stack oynu isə daim hərəkətdə olan blokları üstüstə qoyaraq oyuncuların diqqətli və dəqiq olmasını tələb edir. 10 milyondan çox Play Store -dən yüklənib. Hər tələsdiyinizdə və ya gecikdiyinizdə üzərinə qoyulan əvvəlki bolokdan artıq və əskik hissələr ixtisar olur. Hər yeni blok bi addım əvvəlki təqdim olunmuş blokun ölçüsünüdə təqdim olunur.
4) Euclidea
Euclidea proqramı həndəsə sevərlər və öyrənənlər üçün nəzərdə tutulmuş oyundur. 500 min dəfədən çox Play Store -dən yüklənib. 120 hissədən 11 öyrədici vasitədən, bələdçi xidməti, rahat oynama və yaxınlaşdırma imkanı, oyun üçün 10 yeni alət və ən əsası Reklam məzmunlu bildirişlərdən kənar xidməti ilə bilgi oyunları sevənlər üçün nəzərdə tutulub.
Əlbət oyunlar Play Store -də çoxdur. İntelektual oyunlar sadaladıqlarımla bitmir. Nə bilmək olar ya bu məqaləni oxuyanlardan və ya oxumayanlardan biri bəlkə proqramlaşdırma ilə məşğuldur və bundan bir şəkildə cəmiyyət üçün öz borcunu yerinə yetirmək adına elə bu tip oyun və ya oyunlar toplusu yaradar. Proqramlaşdırma ilə məşğul olmayanlar isə bu tip insanlara dəstək olaraq onlara elm və təhsil sahəsi üzrə proqramlar yaratmağa köməkçi ola bilərlər.
Qeyd: Məqalə sırf informsasiya xarakterli olub adı çəkilən şirkətlərlə heç bir maddi sövdələşmə olmamışdır. Məqalə xoşunuza gəldiyi təqdirdə və digərlərini də bu haqda məlumatlandırmaq istəyirsinizsə bəyənməklə yanaşı müxtəlif sosial şəbəkə ünvanlarınız vasitəsilə paylaşa bilərsiz.