Ofis Proqramları
Ofis proqramları deyərkən bu sahədən xəbərsiz olduğumuz üçün ağlımıza haqlı olaraq ancaq mətn redaktoları gəlir. Ancaq bu bazar inter üzərindən və ya koputer üzərindən xidmət görsədən proqramlarla zəngindir ki, bura sadə bildiyimiz yazı, təqdimat və cədvəl xidməti görsədənlərdən tutmuş təhsil üçün proqramları da nəzərə almaqla sahibkarların verilənlərini mühafisəsinə qədər geniş bir sahə aiddir. Bu dəfə ki, məqalədə proqram bazarında olan mətn redktorları (əsasən yazı, təqdimat və cədvəl) haqqındadır. Hansı ki, biz bunlarla adi ev şəraitində belə işləri icra eləmək olar.
1) Microsoft Office
1989 -cu ildə Microsoft tərəfindən Windows və Mac OS əməliyyət sistemləri üçün nəzərdə tutulan bir-biri ilə əlaqəli işləyən satış üçün nəzərdə tutulan ofis üçün nəzərdə tutulan proqramlar paketidir. Edilən araşdırılmalara əsasən 2009 cu ilin iyun ayından etibarən müəssələrin 80% -i Microsof Office -nin hər hansısa versiyasını istifadə edir.
Microsoft Office 2010 Beta 2 versiyası 2009 -cu ilin 16 noyabr tarixində MSDN və Microsoft Connect saytları ilə yanaşı Microsoft Office Beta web saytında yayınlandı. Artıq Office 2010 Windows əməliyyat sistemlərində 2010 -cu ildən etibrən 32 və 64 bit şəklində ayrılıqda bazara çıxarılır. Artıq Microsoft Office 365 rəsmi saytda satışdadır. Paketə daxil olan proqramların zənginliyi seçdiyiniz paketdən aslıdır. Ancaq bir qayda olaraq Word, Excell, PowerPoint bu vaxta qədər mövcud olan bütün təqdim edilən paketlərdə var. Əgər sizin Outlook və ya köhnə adı ilə Hotmail hesabınız varsa Onedrive vasitəsilə internet üzərindən Microsoft office xitmətlərindən yararlana bilərsiz.
2) Libre Office
The Document Foundation tərəfindən təkminləşdirilən bir çox əməliyyat sistemində çalışan və digər ofis proqramları ilə uyğunlaşan sərbəst və pusuz şəklində təqdim edilən bir ofis proqramıdır. LibreOffice Microsoft Office tərəfindən yaradılan faylları aç maqla yanaşı, dəyişiklilər edərək həmin formatda da qeyd edə bilər. Həmçinin OpenDocument adı verilən açıq və sərbəst bir iso standartı istifadə edir ki, XML əsaslı bu azad fayl formatı heç bir çətinlik olmadan faylları açmağa imkan verir.
3) OpenOffice
StarOffice 1985'te Alman StarDivision firması tərəfindən inkişaf etdirilib. 1999'da StarOffice Sun Microsystems firması tərəfindən alındı. 2000 -ci ildə Sun azad GNU LGPL Lisensiyası ve Sun firmasının ticari lisenziyası olan SISSL ilə ilk OpenOffice -i yaratdı. 2010 ilində Sun Microsystems firması, Oracle tərəfindən satın alınd. OpenOffice -nin taleyi müəammalı qaldığı üçün həmin proqramı formalaşdıranlar Müstəqil ayrı Libre Office -ni yaratdılar. 1 iyun 2011 -ci ildən etibarən OpenOffice -i Apache fonduna verildiyi açıqlandı. Apache OpenOffice, Apache proqram fondunun öndərliyi ilə azad proqram topluluqları tərəfindən təkminləşdirilən azad və pulsuz paket şəklində ofis proqramıdır. Azad Apache liseyziyası ilə liseyziyalaşdırılmış olmaqla Windows Mac OS və Linux üçün nəzərdə tutulub. Microsoft Office -in fayl formatları dəstəkləyir.
4) OnlyOffice
Rəsmi olaraq 20 April 2015 -ci ildə fəaliyyətə başlayıb. AGPL license v3 lisenziyası altında komputerlər üçün açıq mənbəli və pulsuz şəkildə yaradılıb. Ancaq əsas fəaliyyət yönü olan internet üzərindəki xidmətləri CRM sistemi ilə integrasiya edilib. 2014 -cü ilin oktyabrında ASP.NET Bazasında yaradılıb. Ancaq online sistem üzərində fəaliyyəti pulludur. Windows Mac OS və Linux üçün nəzərdə tutulub. Microsoft Office -in fayl formatları dəstəkləyir.
Qeyd: Məqalə sırf informsasiya xarakterli olub adı çəkilən şirkətlərnlə heç bir maddi sövdələşmə olmamışdır. Əgər sizin komputerdən başı çıxmayıb proqramları komputerə yazan zaman problem yaşanarsa bu sizin məsuliyyətiniz altındadır. Mütləq şəkildə komputerinizi bu sahədən başı çıxan adamların və ya komputer mütəxəsislərinin yanına aparmaqla komputerinizi və cibinizi ziyandan xilas etmə şansı yüksək olar. Məqalə xoşunuza gəldiyi təqdirdə və başqalarını da bu haqda məlumatlandırmaq istəyirsinizsə bəyənməklə yanaşı müxtəlif sosial şəbəkə ünvanlarınızdan paylaşa bilərsiz.