İqtisadi
nəzəriyyəyə Giriş
Ekonomika
sözü yunanca “ailə təsərrüfatını idarə edən” mənasında bir kəlmədən əmələ gəlib.
İqtisadiyyat ilə ev təsərrüfatını birləşdirən bir çox xüsusiyyətlər mövcuddur.
Ailə təsərrüfatı çoxlu
seçimlərlə üz-üzə gəlir. Ailə üzvləri onlardan kimin nə ilə məşğul olub əvəzində
nə əldə edəcəyinə qərar verirlər. Cəmiyyət də , ailə kimi , çoxlu seçimlərlə
üzləşir.Cəmiyyət , görüləcək işləri və onları yerinə yetirəcək insanları müəyyən
etməyə məcburdur. Müxtəlif işlərin yerinə yetirilməsi üçün insanlar (eyni
zamanda torpaq, binalar, maşın və qurğular) ayrıldığı kimi, bu işlərin nəticəsində
əmələ gələn əmtəə və xidmətlər də cəmiyyət üzvləri arasında bölüşdürülməlidir.
Qıtlıq
o deməkdir ki, cəmiyyətin sahib olduğu qaynaqlar məhduddur və bunlarla
insanların istədikləri qədər əmtəə və xidmətləri istehsal etmək mümkün deyil.
Ekonomiks
cəmiyyətin sahib olduğu qıt qaynaqlardan necə istifadə etdiyini öyrənən bir
elmdir. Cəmiyyətlərin əksəriyyətində qaynaqlar bir mərkəzi planlaşdırıcı tərəfindən
deyil, milyonlarla ailə və müəssisələrin birgə fəaliyyətləri vasitəsilə
bölüşdürülür. Buna görə iqtisadçılar insanların necə qərar verdiklərini və
insanlar arasındakı qarşılıqlı münasibətləri təhlil edir.
İqtisadi nəzəriyyə ən qədim
elmlərdən biridir . İqtisadi nəzəriyyənin öyrənilməsinin insanların motivləri,
onların təsərrüfat fəaliyyətində davranışları, təsərüfatçılıq qanunlarının
Aristoteldən Ksenofontdan bu günə qədər bütün döüvrlərdə dərk edilməsinin
obyektiv zəruriliyi ilə bağlıdır.
XIX əsrin sonunda N.Bunge
“Siyasi iqtisadın əsasları” kitabında siyası iqtisadın ümumbəşər inkişafın
aşağı pilləsində olan xalqlarda aolmadığını qeyd etmişdi.
Nobel mükafatı laureatı
M.Fridmen yazır ki, iqtisadiyyat heyranedici elmdir, onun sehri fundamental
prinsiplərinin sadəliyindədir , onları bir vərəqə yazmaq mümkündür, bununla belə
onları çox az adam başa düşür.İqtisadi fikir tarixi üzrə
dünya şöhrətli mütəxəsis A.Heylbronerin sözləri ilə desək, mürəkkəb təsərrüfatçılıq
aləmini əks etdirən bu elmin dərinliyi onu öyrənəndən “dəvə dözümü və müqəddəs
səbri” tələb edir.
P.Samuekson bütün dünyada məhşur
“ Ekonomiks” dərsliyində yazır ki, iqtisadi nəzəriyyəni iqtisadi nəzəriyyəni
müntəzəm surətdə öyrənməyən adam musiqi əsərini qiymətləndirməyə cəhd edən kara
bənzəyir.
İqtisadi nəzəriyyənin əhəmiyyəti
bilavasitə təsərrüfat fəaliyyətində və siyasətində tətbiq olunan hazır məsləhətlərdən
ibarət olmasında deyil, C.M.Keynsin sözlərilə desək, metod, intellektual alət,
düşüncə texnikası olmaqla ona malik olana düzgün qərar və nəticələrə gəlməyə
kömək edir.
Özü də, hədsiz dərəcədə nəzəriyyələşdirmək
də arzu olunmazdır, çünki mənasızdır. İngilis iqtisadçısı İ.M.D.Little belə
alimləri obrazlı şəkildə “qeyri-iqtisadçılar” adlandıraraq, haqlı olaraq qeyd
edirdi ki, “qeyri-iqtisadçılar” adətən həddindən artıq akademik olurlar, onlar
real həyatdan hədsiz ciddi-cəhdlə təcrid olunurlar.
Pol Samuelson iqtisadi
fikir tarixində iqtisadi nəzəriyyənin inkişafına müəyyənləşdirici təsir etmiş
üç görkəmli mütəfəkkirin A.Smit , K.Marks , C.Keynsin adlarını xüsusilə qeyd
edir.
Başqa görkəmli Amerika
alimi C.Helbreyt hesab edirdi ki, K.Marksın təlimi o qədər dəyərlidir ki, onu
tamamilə marksistlərə vermək olmaz.
Yozef Şumpeter K.Marksı
böyük alim hesab edirdi və bu ona marksizmi tənqid eməyə mane olmurdu.
Cəmiyyətin təsərrüfat həyatının
tədqiq edən elmi səciyyələndirmək üçün müxtəlif mərfumlardan istidafə olunub.
·
Ekonomiya
Yunan sözü olub oykos-ev, təsərrüfat və nomos - məharət, qanun, bilik sözlərindəndir
və hərfi mənansı təsərrüfat işlərinin aparılması məhariti deməkdir.
·
Ekonomika
Bütün iqtisadi sistemdə və
ya onun ayrı-ayrı sahələri, elementləri, şəraitlərində insanın təsərrüfat fəaliyyətini
öyrənən elm.·
Siyasi iqtisad
Yunan sözləri politeyya – dövlət quruluşu, oykos və nomosdan ibarət olub dövlət miqyasında təsərrüfatın aparılması
bacarığını bildirir. Bu isə o deməkdir ki, dövlət miqyasında təsərrüfatın
aparılması barədə elm də mövcud olacaq.
·
Ekonomiks
İnsanın bazar
iqtisadiyyatında davranışı, təsərrüfat fəaliyyətində məhdud resurslardan
istifadəsi haqqında olub marjinalist metodologiyaya söykənən elm.
·
İqtisadi nəzəriyyə
Müxtəlif iqtisadi sistemlərdə
XXI əsrin əvvəli üçün iqtisadi fikrin ən mühüm nailliyyətlərinin cəmini istifadə
edərək təsərrüfatın aparılması məharəti haqqında elm.
“Ekonomika” mərfumu e.ə VI əsrdə
yunan şairi Hesiod iki sözü “oykos” və
“nomos” sözlərini birləşdirərək icad
etmişdi ki, bu da hərfi mənada ev təsərrüfatının aparılması məharəti, biliyi,
qaydalar məcəlləsi deməkdir.
Elmə bu məfhum qədim yunan
iqtisadi fikrinin nümayəndələri “Ekonomikos” adlı əsəri yazmış Ksenofont (e.ə
430 – 355) və Aristotel (e.ə 384-322) tərəfindən gətirilmişdir.
“İqtisadiyyat” məfhumu hazırda aşağıdakı mənalada işlədilir :
·
Mövcud ölkənin xalq təsərrüfatı və
ya onun müxtəlif sahələrini özündə ehtiva edən bir hissəsi : regionun, ölkənin,
bir qrup ölkələrin və ya bütün dünyanın iqtisadiyyatı;
· Məhsuldar qüvvələrin mövcud
inkişaf mərhələsinə müvafiq olan və müəyyən iqtisadi sistem yaradan təsərrüfat
fəaliyyəti nəticəsində insanlar arasında tarixən müəyyənləşərək meydana gələn
iqtisadi münasibətlərin məcmusu;
· İnsanların fəaliyyətini, onun
qanunları və qanunauyğunluqlarını, istehsalın bəzi şəraitləri və elementlərini
öyrənən elm.
İqtisadiyyat zəruri həyati
nemətlər yaradılmasını və onlardan istifadə yolu ilə insanların və cəmiyyətin tələbatlarının
ödənilməsini təmin edən təsərrüfat sistemidir.
“Ekonomiks” fənnini diqqətlə
öyrənəndə, onun çoxmənalı məfhum olub aşağıdakıları səciyyələndirdiyini görmək
olar :
·
İqtisadiyyatın mikro və makrosəviyyədə
bazar şəraitində fəaliyyət prinsipləri haqqında elm.
·
Daha mücərrəd səciyyəli marksist
siyasi iqtisadi ilə müqayisədə daha tətbiqi səciyyəli elmi
·
ABŞ və Qərbi Avropa ali məktəblərində
tədris olunan və özündə, həmçinin iqtisadi tarixi, iqtisadi fikir tarixini və
itisadi problemlər üzrə bir sıra xüsusi seminarları ehtiva edən tədris fənlərini.
10 və daha artıq il müddətində
siyasi iqtisad fənninin tədrisinin islahatının gedişində fənnin adının dəyişdirilməsi
ilə bağlı ən müxtəlif təkliflər verilmişdir.
·
Ümum iqtisad nəzriyyə
·
Nəzəri iqtisadiyyat
·
Siyasi hesab
·
Xrematistika
·
Postiqtisadiyyat
·
Yeni siyasi iqtisad
İqtisadi nəzəriyyə təbii
ki, iqtisadi prosesləri və hadisələri olduğu kimi təqdim etməyə meyillidir və
real gerçəkliyi olduqca təxminən əks etdirən modellərə müraciət edir. Real gerçəkliyi
qeyri-adekvat əks etdirməsinə baxmayaraq , nəzəri modellər ümumi iqtisadi mənzərənin
təsvirini vermək, əsas amilləri aşkarlamaq, təqribi təsəvvürlər, istiqamətlər əldə
olunması baxımından faydalıdırlar.
İqtidadi nəzəriyyə ilə iqtisadi riyazi modelləşdirmə, daha
geniş geniş mənada isə iqtisadiyyatın idarə olunmasının əsas prinsiplərini öyrənən
iqtisadi kibernetika ilə sıx əlaqədardır.
Tətbiqi
iqtisadiyyat konkret iqtisadiyyatla əlaqədə olur, nəzəriyyə
nisbətən təcrübəyə, təsərrüfatçılıq təcrübəsinə, iqtisadi fəaliyətin təsərrüfatçılıq
təhlilinin konkret göstəricilərinə daha çox istinad edir, konkret iqtisadi vəziyyətləri mikro və
makroiqtisadiyyata uyğun olaraq öyrənir və bu zaman hədsiz mücərrədçilikdən, həyat
gerçəkliyindən uzaqlaşmaqdan qaçır.
İqtisadi nəzəriyyə (siyasi
iqtisad) başqa iqtisadi elmlərlə qarşılıqlı əlaqədədir :
·
Konket iqtisadi elmlər
Sahələrin iqtisadiyyatı,
müəssisələrin
iqtisadiyyatı,
Ölkələrin iqtisadiyyatı və s
·
İnformativ – analitik
İqtisadi-riyazi
metodlar
Statistika
Təsərrüfat
fəaliyyətinin təhlili
·
Tarixi iqtisadi elmlər
İqtisadi fikir tarixi
Xalq təsərrüfatının tarixi
·
Xüsusi iqtisadi forma və təşkilatların
iqtisadiyyatı
Maliyyə
Kredit
Marketinq
Təbiətdən istifadənin iqtisadiyyatı
və s
İqtisadi nəzəriyyədə nəticələrinin
tətbiqi sahəsindən asılı olaraq, iki istiqamət ayırmaq olar :
Pozitiv
(deskriptiv) iqtisadiyyat əsasən müşahidə olunan iqtisadi
proseslər və hadisələrin obyektiv şərhi, elmi izahına, onların əsasında elmi fərziyyələrin,
konsepsiyaların qurulmasına, iqtisadi sistemlərin fəaliyyət
qanunauyğunluqlarının aşkarlanmasına yönümlənib.
Normativ
iqtisadiyyat arzu olunan nəticələrə çatmaq üçün necə olmalıdır,
necə hərəkət edilməlidir – suallarına cavab verir.
Proqnozlaşdırma,
iqtisad elminin xüsusi qulu kimi, gələcəkdə
iqtisadiyyatda nələrin baş verə biləcəyinin elmi qabaqgörənliyidir.Mahiyyət
etibarilə bu, iqtisadi gözləmələr elmidir.
İqtisadi nəzəriyyənin praktik əhəmiyyəti (Ogüst Kontun məlum
formulu) ondadır ki, bilik qabaqgörənliyə aparır, qabaqgörənlik isə fəaliyyətə.İqtisadi
nəzəriyyə iqtisadi siyasətin əsasında durmalı, onun vasitəsilə də praktik həyata
nüfuz etməlidir.Hərəkət (praktika) biliyə, bilik qabaqgörənliyə, qabaqgörənlik
düzgün hərəkətə aparır.
İqtisadi
nəzəriyyə necə valanmaq haqqında qaydalar toplusu deyil. O bütün poblemləin
hazır həllini vermi. Nəzəiyyə iqtisadi gerçəkliyin dərki üçün yalnız alət,
üsuldur. Bu alətdən istifadə etməyi bacamaq, iqtisadi nəzəriyyənin əsaslarını
bilmək hər kəsə bi çox həyatı vəziyyətlərdə düzgün seçim etməyə kömək edə.
İqtisadi nəzəriyyədən
iqtisadi siyasəti fərqləndirmək lazımdı.
İqtisadi
siyasət nemətlərin ictimai istehsalı, bölgüsü, mübadiləsi və istehlakı sahəsində
dövlətin məqsədyönlü tədbirlər sistemidir. O, cəmiyyətin, onun bütün sosial
qruplarının maraqlarını əks etdirməyə təyinatlanıb və milli iqtisadiyyatın möhkəmləndirilməsinə
istiqamətləndirilib.
Ekonomiksin
on prinsipi :
İnsanlar
qərarları necə qəbul edir
1.
İnsanlar seçimlərlə üzləşir
2.
Bir şeyin dəyəri onu ələ etmək
üçün imtina olunanlarla ölçülür
3.
Rasional insanlar marjinal faydanı
düşünür
4.
İnsanlar stimullara cavab verir.
İnsanlar
arasındakı münasibətlər
1.
Ticarət hər kəs üçün faydalı ola bilər
2.
Adətən bazarlar iqtisadi fəaliyyətin
təşkili üçün yaxşı üsuldur.
3.
Bəzən dövlətlər bazar fəaliyyətinin
nəticələrini yaxşılaşdıra bilər.
Bütövlükdə
iqtisadiyyat necə işləyir ?
1.
Ölkədəki həyat səviyyəsi onun əmtəə
və xidmətləri istehsal etmək qabiliyyətindən aslıdır.
2.
Dövlət həddən artıq pul çap etdikdə
qiymətlər qalxır.
3.
Cəmiyyət inflyasiya ilə işsizlik
erasında qısa müddətli seçimlə üzləşir.
Daha ətraflı