10 Ocak 2020 Cuma

Fayllarla və qovluqlarla işləmək üçün nəzərdə tutulmuş köməkçi proqramlar.


Fayllarla və qovluqlarla işləmək üçün nəzərdə tutulmuş köməkçi proqramlar. 


Komputerlərdə köməkçi proqramlara utility deyilir. Utility -lər də digər proqramlar kimi nəzərdə tutulduqları sahələrdə icra etdiyi işlərə görə bir-birindən fərqlənir. Bəzi utility -lər sistemin düzgün işləməsinə və ya sistemin təhlükəsizliyinə cavabdeh olduqları kimi bəziləri də əl çatan olan qısa həll çarələri üçün nəzərdə tutulub.


Komputerin əməliyyat sistemini fayl və qovluqsuz təsəvvür etmək mümkün deyil. Çünki istər sistem faylları olmadan, istərsə də  digər  özünə aid fayıllar olmadan hansısa proqram işləyə bilməz. Həmçinin redakdə edilən işin son nəticəsini fayl formatında əldə edə bilmərik. Qovluqlar isə faylları qruplaşdırmaq üçün lazımdır.

Fayllarla və qovluqlarla rahat işləmək və yığcamlıq üçün də nəzərdə tutulmuş köməkçi proqramlar da var.






1) DR. Folder


DR. Folder 2006 -cı ildə qurulan YL Computing tərəfindən yaradılıb. İstifadəçilərə fayllarını quruplaşdırarkən müxtəlif adlar verərək yaradıb istifadə etdikləri qovluqların rəngini və görünüşünü dəyişməklə qovluqların əhəmiyyət dərəcəsini və ya nə üçün nəzərdə tutulduqlarını vizual olaraq anlamaq üçün nəzərdə tutulub. Həm proqramın bazasından həm rəsmi saytının özündən qovluqların görnüşünü dəyişmək üçün nəzərədə tutulan hazır ico formatları yanaşı intenetdən pullu və ya pulsuz şəkildə yüklədiyiniz ico adlı görüntü formatları ilə yanaşı öz yaratdığınız ico formatlarını da dəstəkləyir. Köməkçi Proqramdan istifadə olduqca rahatdır.






FileMenu Tool adlı köməkçi proqram adından da göründüyü kimi fayllarla işləmək üçün alətlər menyusudur. Yəni faylın üzərinə siçanın sağ tərəfini basdıqda ekrana çıxan Context menu -da faylla görüləcək bir çox işi FileMenu Tool başlığı altında cəmləyir
FileMenu Tool başlığı altında icra edilən işlərə Sync Folders (Qovluq sinxronasiyası), Extended Delete (Əlavə format fayllarını silmək), Find and Replace (Faylları və qovluqları axtararaq yerlərin dəyişmək), Advanced Renamer (Fayl və qovluqların bir qayda olaraq adın dəyişmək), Delete Locked File ( Klidli faylları silmək), Delete Permanently ( Fayl və qovluqları zibil qutusuna atmadan bir başa silmək), Change Icon (Qovluqların görüntüsün dəyişmək), Run With Arguments (dialoq xanasındakı .exe, .com, .bat formatlı fatlları çağırmaq), Command Line From Here (CMD pəncərəsini qovluq içində açmaq) adlı işlər aid edilməklə yanaşı fayllarla və ya qovluqlarla görüləcək adlarını sadalamadığım işlər də daxil olmaqla ümumilikdə 34 işi bu başlıq altında cəmləyir. 


Qeyd: Məqalə sırf informsasiya xarakterli olub adı çəkilən şirkətlərlə heç bir maddi sövdələşmə olmamışdır. Əgər sizin komputerdən başı çıxmayıb proqramları komputerə yazan zaman problem yaşanarsa bu sizin məsuliyyətiniz altındadır. Mütləq şəkildə komputerinizi bu sahədən başı çıxan adamların və ya komputer mütəxəsislərinin yanına aparmaqla komputerinizi və cibinizi ziyandan xilas etmə şansı yüksək olar. Məqalə xoşunuza gəldiyi təqdirdə və başqalarını da bu haqda məlumatlandırmaq istəyirsinizsə bəyənməklə yanaşı müxtəlif sosial şəbəkə ünvanlarınızdan paylaşa bilərsiz.