Komputer driver -ləri
Device Driver komputeri təşkil edən və ona qoşulan əlavə qoşulan cihazların əməliyyat sistemi tərəfindən tanınmasını təmin edir. Əgər hər hansı avadanlıq üçün driver yazılmayıbsa, yanlış driver yazılıbsa və ya yazılmış driver-də problem varsa, həmən avadanlıq ya ümumiyyətlə işləməyəcək, ya da işləməsində müxtəlif problemlər yaranacaq. Ancaq komputeri format edib təzə əməliyyat sistemi yazarkən standart driverlər təqdim olunsa belə təqdim edilən driverlər cihazların tanınmasında problem yarada bilər.
Mütləq şəkildə ya koputeri alarkən sizə təqdim edilən driver -lərin olduğu diskdən istifadə etməli və ya disk sizin komputerinizdəki əməliyyat sisteminə aid olmayan başqa əməliyyat sistemi üçün nəzərdə tutulubsa komputerinizin məxsus olduğu şirkətin rəsmi driverlərinin olduğu sayta girib sizin komputerin hazırki əməliyyat sisteminə aid olan və ya komputerinizin modelinə və seriyasına yaxın başqa komputerin driverlərini yükləyib komputerinizə yaza bilərsiz. Ancaq bir neçə məsələyə nəzər yetirmək lazımdır. İnternetin işləməsi üçün də şəbəkəyə aid driverlər lazımdır. Yəni komputerinizin düzgün işləməsi üçün driver -ə, driverin əldə olunması üçün internetə, internetin işləməsi üçün driver -ə ehtiyac var. Bəs bu qapalı dövrədən necə çıxmaq olar. Əgər sizə komputer alarkən verilən driver diski varsa işi rahatlıqla görmək olar. Ancaq gəlin etiraf edəkki, gün keçdikcə yeni qurğulara görə təzə driver -lər yaranmaqla yanaşı köhnə driverlər üzərində təkminləşmə işləri gedir.
Windows əməliyyat sistemi ilə işləyən komputerdə hansı driver -lərin əksik olduğunu bilmək üçün Start düyməsi üzərində sağ düyməni klikləyin, Manage -i seçin. Computer Management pəncərəsi açılacaq. Sol tərəfdəki menyudan System Tools içində yerləşən Device Manager -in üzərinə klikləyərək seçin. Qarşısında sarı işarə(üçbucaq içində nida) gördüyünüz cihazların driverində problem var.
Virtual aləmdə əgər sizin internetə çığışınız varsa internet üzərindən driverlərinizi yenilənməsi və yüklənməsi üçün proqramlar mövcuddur. Onlardan biri Driver Genius -dur. Proqram istifadəçilərə sırf internet üzərindən ən axırıncı driver -ləri səsiz rejimdə əldə edib tətmiq etməyə kömək etməklə yanaşı, Sistem haqqında və kompuerdəki qurğuların temperaturu haqqında informasiya əldə etməyə imkan verir. Proqram istifadəçi kütləsinin sayını artırmaq və istifadəçilərin başa düşəcəyi dillərdə olması üçün hal-hazırda 19 dildən birini seçmək imkanı verir. Daxili və xarici qurğuları ümumilikdə götürərək tam tamına 15 qurğunun tanınması üçün driver -lər təqdim edir.
Yaxşı əgər bizim virtual aləmə çıxışımız üçün internetimiz ya yoxdur ya da internetinizi hər dəfə driver yükləmək üçün internetinizi məşğul etmək istəmiriksə onda nə etməli? DriverPack Solution sizin suallımıza özünü paketləşdirilmiş driver -lər toplusu kimi təqdim edir. Həmin proqram nəyin ki,sizin, öz buraxlış ilinə qədər mövcud olan komputerlərin demək olar hamısına lazım olan stndart driverləri təqdim edir. Son zamanlar həmin proqramın həcim 8 GB da keçdiyinə görə siz bunu yalnız Blue Ray diski şəklində diskə ya da əməliyyəat sisteminin yerləşmədiyi lokal diskə yerləşdirə bilərsiz. Bu arada driverləri yerləşdrərkən ehtiyyatlı olmaq lazımdır ki, səhf driverin yazılması onun aid olduğu katiqoriya üzrə hər hansısa qurğunun əməliyyat sistemi tərəfindən tanınmaması ilə nəticələnir.
Qeyd: Məqalə sırf informsasiya xarakterli olub adı çəkilən şirkətlərnlə heç bir maddi sövdələşmə olmamışdır. Əgər sizin komputerdən başı çıxmayıb burdakılara əsasən nəsə edib komputerinizdə problem yaşanara bu sizin məsuliyyətiniz altındadır. Mütləq şəkildə komputerinizi bu sahədən başı çıxan adamların və ya komputer mütəxəsislərinin yanına aparmaqla komputerinizi və cibinizi ziyandan xilas etmə şansı yüksək olar. Məqalə xoşunuza gəldiyi təqdirdə və başqalarını da bu haqda məlumatlandırmaq istəyirsinizsə bəyənməklə yanaşı müxtəlif sosial şəbəkə ünvanlarınızdan paylaşa bilərsiz.