2015 ilində yayınlanan film ABŞ istehsalı olan komedi-dram filmidir. John Wells -in rejisoru olduğu film Michael Kalesniko -nun hekayəsi əsasında Steven Knight tərəfindən senarisi yazılıb. Bradley Cooper, Sienna Miller, Omar Sy, Daniel Brühl, Matthew Rhys, Alicia Vikander, Uma Thurman ve Emma Thompson adlı aktyor heyyəti əsas rollarda çıxış edib.
Adam Jones Parisdə yaşayan yaxşı bir aşçıdır. Məsuliyyətsiz hərəkətləri həmişə onu naliyyətlərdən məhrum etmişdir. Narkotik maddələrdən asıllığı ucbatından işini itirir. Ancaq normal həyata qayıtmaq üçün yenidən fəaliyyətə başlar. İlk iş olaraq öz qarşısına hədəf olaraq 3-cü Michelin ulduzunu almağı qoyub. Ancaq onun Londonda bu işi görməsi üçün bacarıqlı aşbaz axtarışına çıxır. Hər şey məhz Londonda hədəfini reallaşdırması ilə başlayır.
Filmdən öyrəndiklərim :
- İşin profesionalı olmaqla yanaşı gərək insanları ağlın və qəlbinlə inandıra biləsən.
- İşin yemək bişirmək olsa belə işinə profesionalca yanaşımaqla yanaşı ətrafındakı insanlara qarşı insani dəyər görsətməli, insani dəyərini anlamayanları isə yerində oturmaq lazımdır.
- İşdəki peşəkarlığın sahibinə qazandırdığı mövqenin iş həyatında vacib olması.
- Ən böyük peşakar fəaliyyət üçün ətrafındakıların da bir yerdən başlayaraq peşakarlığı hədəfləyənlərdən və peşəkarlardan olmasıdır.
- İşdə nə qədər peşəkar olsan da etdiyin səhvlərə cavab verməlisən.
Trailer: İngiliscə və ya Rusca
Filmi yüklə və ya İzlə