İnformasiya Texnologiyaları ilə bağlı kitablar - 3
Paylaşaq ki , zənginləşək.
İnformasiya Texnologiyaları ilə bağlı kitablar - 3
Fayllarla və qovluqlarla işləmək üçün nəzərdə tutulmuş köməkçi proqramlar.
Komputerlərdə köməkçi proqramlara utility deyilir. Utility -lər də digər proqramlar kimi nəzərdə tutulduqları sahələrdə icra etdiyi işlərə görə bir-birindən fərqlənir. Bəzi utility -lər sistemin düzgün işləməsinə və ya sistemin təhlükəsizliyinə cavabdeh olduqları kimi bəziləri də əl çatan olan qısa həll çarələri üçün nəzərdə tutulub.
Komputerin əməliyyat sistemini fayl və qovluqsuz təsəvvür etmək mümkün deyil. Çünki istər sistem faylları olmadan, istərsə də digər özünə aid fayıllar olmadan hansısa proqram işləyə bilməz. Həmçinin redakdə edilən işin son nəticəsini fayl formatında əldə edə bilmərik. Qovluqlar isə faylları qruplaşdırmaq üçün lazımdır.
Fayllarla və qovluqlarla rahat işləmək və yığcamlıq üçün də nəzərdə tutulmuş köməkçi proqramlar da var.
1) DR. Folder
DR. Folder 2006 -cı ildə qurulan YL Computing tərəfindən yaradılıb. İstifadəçilərə fayllarını quruplaşdırarkən müxtəlif adlar verərək yaradıb istifadə etdikləri qovluqların rəngini və görünüşünü dəyişməklə qovluqların əhəmiyyət dərəcəsini və ya nə üçün nəzərdə tutulduqlarını vizual olaraq anlamaq üçün nəzərdə tutulub. Həm proqramın bazasından həm rəsmi saytının özündən qovluqların görnüşünü dəyişmək üçün nəzərədə tutulan hazır ico formatları yanaşı intenetdən pullu və ya pulsuz şəkildə yüklədiyiniz ico adlı görüntü formatları ilə yanaşı öz yaratdığınız ico formatlarını da dəstəkləyir. Köməkçi Proqramdan istifadə olduqca rahatdır.
FileMenu Tool adlı köməkçi proqram adından da göründüyü kimi fayllarla işləmək üçün alətlər menyusudur. Yəni faylın üzərinə siçanın sağ tərəfini basdıqda ekrana çıxan Context menu -da faylla görüləcək bir çox işi FileMenu Tool başlığı altında cəmləyir.
FileMenu Tool başlığı altında icra edilən işlərə Sync Folders (Qovluq sinxronasiyası), Extended Delete (Əlavə format fayllarını silmək), Find and Replace (Faylları və qovluqları axtararaq yerlərin dəyişmək), Advanced Renamer (Fayl və qovluqların bir qayda olaraq adın dəyişmək), Delete Locked File ( Klidli faylları silmək), Delete Permanently ( Fayl və qovluqları zibil qutusuna atmadan bir başa silmək), Change Icon (Qovluqların görüntüsün dəyişmək), Run With Arguments (dialoq xanasındakı .exe, .com, .bat formatlı fatlları çağırmaq), Command Line From Here (CMD pəncərəsini qovluq içində açmaq) adlı işlər aid edilməklə yanaşı fayllarla və ya qovluqlarla görüləcək adlarını sadalamadığım işlər də daxil olmaqla ümumilikdə 34 işi bu başlıq altında cəmləyir.
Qeyd: Məqalə sırf informsasiya xarakterli olub adı çəkilən şirkətlərlə heç bir maddi sövdələşmə olmamışdır. Əgər sizin komputerdən başı çıxmayıb proqramları komputerə yazan zaman problem yaşanarsa bu sizin məsuliyyətiniz altındadır. Mütləq şəkildə komputerinizi bu sahədən başı çıxan adamların və ya komputer mütəxəsislərinin yanına aparmaqla komputerinizi və cibinizi ziyandan xilas etmə şansı yüksək olar. Məqalə xoşunuza gəldiyi təqdirdə və başqalarını da bu haqda məlumatlandırmaq istəyirsinizsə bəyənməklə yanaşı müxtəlif sosial şəbəkə ünvanlarınızdan paylaşa bilərsiz.
İqtisadiyyatla bağlı kitablar - 12
1) William F. Samuelson, Stephen G. Marks
Managerial Economics
2) Lynda J. Oswald
The Law of Marketing: Special Topics Collection
3) Perry Marshall, Richard Koch
80/20 Sales and Marketing: The Definitive Guide to Working Less and Making More
4) William F Arens, Michael F. Weigold
Contemporary Advertising and Integrated Marketing Communications
Android tədbiqləri - Köməkçi alətlər
Son zamanlar internetə çıxışı olmayan telefonlarının satış faizi artarkən, internetə çıxışı olan mobil cihazların satış faizləri azalan zəmanə insanların sosiallaşmanın vacibliyini dərk etdiyini görsədir. Ancaq yenə də ağıllı telefonlar və komputerlər öz imkanları (tekniki və proqram təminatı) daxilində kiçik işlərindən tutmuş böyük işlərin həllində böyük köməkçiyə çevrilib. Ancaq əsas məsələ köməkçi vastələrin köləsi olmamalı və vaxtımızı onlardan düzgün istifadə etməklə yanaşı heç istifadə etmədən də səmərəli keçirməliyik.
Bu məqalədə Android tədbiqlərindən (proqramları) olan köməkçi alətləri özündə cəmləşdirən tədbiqlərə yer verilir. Köməkçi alətləri özündə cəmləşdirən tədbiqlər öz təyinatına görə də fərqlənir . Bu tipli tədbiqlər hesablayıcı funksiyası yetirərkən bəziləri ölçü və hət da analiz funkisyası da yerinə yetirir. Əlbət bu adlarının sadaladığım funksiyalardan başqa funksiyaları icra edənləri də Google Play Market-də mövcuddur.
1) Smart Tools - Handy Carpenter Box
Smart Tools - Handy Carpenter Box tədbiqi təyinatına görə özündə bir sıra köməkçi alətləri cəmləyir. Bu tədbiqin vasitəsi ilə xəttkeş, su tərəzisi, səs tezliyi, kompas, vibrometr, metal dedektoru, mikrafon, temperator, barkod skaner, bucaq ölçən, it tütəyi, valyuta hesablaycı, kardioqraf (nəqədər düzgün işlədiyini özünüz təyin edərsiz) və sair köməkçi alətlərdən istifadə edə bilərsiz. Mobil cihazınız internete bağlandıqda belə ekranda reklamların çıxmasının qarşısını almaq üçün tədbiqin pullu versiyasını yüklədikdən sonra Pro versiyasın əldə etmək olur.
All-in-One Calculator tədbiqi adından göründüyü kimi yalnız sadə hesablayıcı funksiyasını icra etmir. Məhz bu tədbiqin köməkçi tədbiqlərə salınmasına səbəb tədbiqin adından göründüyü kimi 6 bölmə başlığı üzrə müxtəlif hesablama əməliyyatlarını icra etməsidir. Tədbiqin vasitəsilə sadə və mürəkkəb riyazi hesablamalar üçün hesablayıcı, tənlik həlli,sahə hesablama, bişinti üçün hesablayıcı , valyuta hesablayıcı, sağlamlıqla bağlı hesablayıcılar, zaman və məkanla bağlı hesablayıcı və sair köməkçi hesablayıcıları istifadə etmək olar. Mobil cihazınız internete bağlandıqda belə ekranda reklamların çıxmasının qarşısını almaq üçün tədbiqin pullu versiyasını yüklədikdən sonra Pro versiyasın əldə etmək olur. Bu tədbiqi təhsil ocağında təhsil alan şəxslərin istifadə edərək yalnız özlərini aldatmış olacaq. Tədbiqi qeyri dərs mühitində raslaşacağınız hesablanması gərəkən məsəllərinin həllərində istifadə etməyiniz məqsədə uyğundur.
Qeyd: Məqalə sırf informsasiya xarakterli olub adı çəkilən şirkətlərlə heç bir maddi sövdələşmə olmamışdır. Tədbiqlərdən isifade edərkən yaranacaq problemlərə görə məsuliyyət daşınmır. Məqalə xoşunuza gəldiyi təqdirdə və digərlərini də bu haqda məlumatlandırmaq istəyirsinizsə bəyənməklə yanaşı müxtəlif sosial şəbəkə ünvanlarınız vasitəsilə paylaşa bilərsiz.
İlin yekun hesabatı
Virtual ictimai fəaliyyət baxımından:
a) Ebook4L
- Üzv sayısı 1000 -i keçib
- 1300 -dən artıq kitab yerləşdirilib
- 4 dildə kitablar yerləşdirilib
- Sosial Şəbəkələrdə ktivdir..
b) MehrajLatifli.blogspot.com
- 17000 -dən artıq baxış sayısı var.
- www.mehrajlatifli.tk ünvanı ilə daxil olma rahatlığına malikdir.
- Sosial şəbəkələrdə Aktivdir.
- İqtisadiyyat sahəsi üzrə kitabların paylaşılib.
- 11 məqalə yazılıb.
c) Mavi Kəpənək ( DarkBlueVideoMovement )
- Üzv sayısı 300 -ü keçib.
- Əsasən dil biliklərini və dünya görüşünü artırır.
- Adını dəyişməklə yanaşı tərkibi yeniləşir və formalaşır.
- Sosial və Elm yönümlü video çarxlara üstünlük verilir.
- Digər Sosial şəbəklərdən və video portallardan məmbə kimi istifdə edilir.
d) Kitab Dünyası ( Kitab Aləmi )
- Üzv sayısı 1500 -ü keçib.
- Kitabların satışı və maarif yönümlü məqalələrin paylaşılması üçün nəzərdə tutulub.